home envelope sitemap
logo
Cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1792,8 milyon manat vəsait yönəldilmişdir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-iyul aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 7457,3 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 20,1 milyard manat olmuşdur. 2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz bahalaşmışdır. 2018-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artmışdır. 2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25675,5 min ton olunmuşdur. 2018-ci il iyul ayının 23-nə olan məlumata əsasən biçilməsi nəzərdə tutulmuş 1049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılmışdır. 2018-ci ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu 1,3 faiz artaraq 37009,1 milyon manata çatmışdır. 2018-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6331,7 milyon manat vəsait yönəldilmişdir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyun aylarında 23,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir 2018-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 541,0 manat olmuşdur. 2018-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 17,1 milyard manata bərabər olmuşdur. 2018-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 160 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 1545,4 min nəfər olmuşdur. 2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz bahalaşmışdır. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2018-ci ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,1 faiz artaraq 29294,0 milyon manata çatmışdır. Ölkə əhalisinin sayı 2018-ci il mart ayının 1-i vəziyyətinə 9911472 nəfərə çatmışdır.

Xarici ticarət əlaqələri haqqında

2018-04-13

2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 140 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 86 ölkəyə məhsul ixrac olunmuş, 131 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 4439,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2987,5 milyon dollar, idxalın dəyəri 1451,5 milyon dollar təşkil etmiş, nəticədə 1536,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar-fevral  ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 31,3 faiz, real ifadədə isə 5,8 faiz, o cümlədən ixrac 5,5 faiz, idxal 6,6 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 26,5 faizini İtaliyaya, 10,3 faizini İsrailə, 8,4 faizini Almaniyaya, 6,2 faizini Kanadaya, 6,1 faizini İndoneziyaya, 5,7 faizini Çexiyaya, 4,2 faizini Türkiyəyə, hər biri 3,8 faiz olmaqla  Rusiya və Avstriyaya, 3,5 faizini Yunanıstana, 3,4 faizini Hindistana, 3,2 faizini ABŞ-a, 2,6 faizini Gürcüstana, 2,3 faizini Ukraynaya, qalan 10,0 faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,8 faizi Rusiya, 13,5 faizi Türkiyə, 9,5 faizi Çin, 8,8 faizi Almaniya, 5,5 faizi ABŞ, 4,9 faizi Belarus, 3,8 faizi Ukrayna, hər biri 3,0 faiz olmaqla Çexiya və İtaliya, 2,7 faizi İran, 2,2 faizi Qazaxıstan, 26,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2018-ci ilin yanvar-fevral aylarında 241,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-fevral aylarına nisbətən faktiki qiymətlərlə 37,3 faiz, real ifadədə isə 35,8 faiz çoxdur.

2018-ci ilin yanvar-fevral aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 70,2 faiz, təzə tərəvəz – 14,2 faiz,  tütün – 25,1 faiz, şəkər – 2,4 faiz,  meyvə və tərəvəz şirələri – 23,5 faiz, çay – 6,6 faiz, meyvə və tərəvəz konservləri – 10,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 95,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,1 faiz, kartof – 8,9 dəfə, polietilen – 15,4 faiz, qara metallardan borular – 1,8 faiz,  pambıq ipliyi – 36,2 faiz  artmış, bitki yağları ixracı isə 41,4 faiz, emal olunmamış alüminium – 23,5 faiz, pambıq lifi – 39,1 faiz, bentonit gili – 22,4 faiz, qara metallardan yarımfabrikatlar – 65,8 faiz azalmışdır.

2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə  2018-ci ilin yanvar-fevral aylarında buğda idxalı 70,9 faiz, bitki yağları – 48,9 faiz, təzə meyvə – 54,5 faiz, çay – 39,6 faiz, mal əti – 31,4 faiz, quş əti və onun əlavə məhsulları – 50,0 faiz, qara metallardan borular – 2,2 dəfə,  minik avtomobilləri – 2,2 dəfə, mineral gübrələr – 75,3 faiz, qara metallardan çubuqlar – 85,5 faiz, mebel – 24,8 faiz, rezin şinlər – 21,4 faiz, hesablama maşınları, blok və qurğuları – 58,8 faiz,  polietilen – 82,4 faiz, qara metallardan künclüklər ­– 10,8 faiz, paltaryuyan maşınlar – 61,0 faiz, yük avtomobilləri – 30,9 faiz, məişət kondisionerləri – 32,6 faiz  sement və sement klinkerləri – 3,0 dəfə, məişət soyuducuları – 3,2 dəfə, avtobuslar – 2,2 dəfə artmış, kərə yağı, digər süd yağları və pastalar üzrə idxal isə 29,2 faiz, xam şəkər və şəkər – 70,5 faiz, kartof – 18,8 faiz, təzə tərəvəz – 54,3 faiz, polad prokatı – 4,6 faiz, siqaret – 20,9 faiz azalmışdır.

Əlaqə telefonu: 538-77-25

 

              

 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim