AZ    EN
logo
2021-ci ilin yanvar ayında əsas kapitala 724,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 24201,1 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz azalmışdır. 2020-ci ildə mehmanxanaların gəlirləri 116,8 milyon manat olmuşdur 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 108 ölkəyə məhsul ixrac olunmuş, 175 ölkədən idxal olunmuşdur. 2020-ci ildə ölkədə 72432,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 703,5 manat olmuşdur. 2020-ci ilin yanvar-noyabr aylarında 33,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 102,8 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29865,6 min ton olmuşdur. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Аzərbaycanda demoqrafik vəziyyət

10.04.2018

İlin əvvəlindən ölkə əhalisinin sayı 13387 nəfər, yaxud 0,1 faiz artaraq 2018-ci il mart ayının 1-i vəziyyətinə 9911472 nəfərə çatmışdır. Əhalinin bir kvadrat kilometrə düşən sayı 114 nəfər olmuşdur.

Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 23331, yaxud hər gün təxminən 395, saatda isə 16 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil etmişdir. Körpələrdən 422-si əkiz, 24-ü üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi    47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

2018-ci ilin yanvar-fevral aylarında ölkədə 10500 ölüm halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1-dən 6,6-dək azalmışdır.

Cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8065 nikah və 2383 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,1, boşanmaların sayı isə 1,5 olmuşdur.

Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 756 nəfər gələn və 200 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 556 nəfər təşkil etmişdir.

Əlaqə telefonu: 538-51-43

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim