home envelope sitemap
logo
2018-ci ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu 1,3 faiz artaraq 37009,1 milyon manata çatmışdır. 2018-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6331,7 milyon manat vəsait yönəldilmişdir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyun aylarında 23,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir 2018-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 541,0 manat olmuşdur. 2018-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 17,1 milyard manata bərabər olmuşdur. 2018-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 160 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 1545,4 min nəfər olmuşdur. 2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz bahalaşmışdır. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2018-ci ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,1 faiz artaraq 29294,0 milyon manata çatmışdır. Ölkə əhalisinin sayı 2018-ci il mart ayının 1-i vəziyyətinə 9911472 nəfərə çatmışdır.

Turizmin inkişafı haqqında

2018-03-30

2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana dünyanın 139 ölkəsindən 352,5 min və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 29,3 faizi Rusiya Federasiyası, 24,9 faizi Gürcüstan, 13,8 faizi Türkiyə, 8,0 faizi İran, 3,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Ukrayna, 2,0 faizi İraq, 16,1 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 71,0 faizini kişilər, 29,0 faizini isə qadınlar təşkil etmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 52,8 faizi yanvar, 47,2 faizi fevral ayında ölkəyə gəlmişdir.

İran istisna olunmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,0 dəfə, Qətər vətəndaşlarının sayı 2,6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,5 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,5 dəfə, Oman vətəndaşlarının sayı 1,8 dəfə, İraq vətəndaşlarının sayı 1,7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,3 dəfə artmışdır. İrandan gələnlərin sayında 26,7 faiz azalma müşahidə edilmişdir.

2018-ci ilin yanvar-fevral aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  ötən ilin yanvar-fevral aylarında gələnlərin sayına bərabər olmaqla 11,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,6 faiz artaraq 123,0 min nəfər olmuşdur.

Bu dövrdə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62,8 faizi dəmir yolu və avtomobil, 36,3 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə etmişdir.

2018-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq 583,0 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 32,0 faizi Gürcüstana, 26,0 faizi İrana, 22,4 faizi Rusiya Federasiyasına, 12,6 faizi Türkiyəyə, 1,9 faizi Ukraynaya, 1,4 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,7 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 71,1 faizi kişilər, 28,9 faizi isə qadınlar olmuşdur.

Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 79,2 faizi dəmir yolu və avtomobil, 19,8 faizi hava, 1,0  faizi isə su nəqliyyatından istifadə etmişdir.

 Əlaqə telefonu: 538-93-98

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim