home envelope sitemap
logo
2018-ci ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu 1,3 faiz artaraq 37009,1 milyon manata çatmışdır. 2018-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6331,7 milyon manat vəsait yönəldilmişdir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyun aylarında 23,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir 2018-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 541,0 manat olmuşdur. 2018-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 17,1 milyard manata bərabər olmuşdur. 2018-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 160 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 1545,4 min nəfər olmuşdur. 2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz bahalaşmışdır. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2018-ci ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,1 faiz artaraq 29294,0 milyon manata çatmışdır. Ölkə əhalisinin sayı 2018-ci il mart ayının 1-i vəziyyətinə 9911472 nəfərə çatmışdır.

Xarici ticarət əlaqələri haqqında

2018-03-16

2018-ci ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 121 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 67 ölkəyə məhsul ixrac olunmuş, 115 ölkədən idxal olunmuşdur.

 Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar ayında xarici ticarət dövriyyəsi 2231,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1543,0 milyon dollar, idxalın dəyəri 688,6 milyon dollar təşkil etmiş, nəticədə 854,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar  ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 33,3 faiz artmış, real ifadədə isə 1,9 faiz azalmışdır.

 Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 27,0 faizini İtaliyaya, 13,1 faizini İsrailə, 8,0 faizini Avstriyaya, 7,9 faizini Çexiyaya, 6,7 faizini ABŞ-a, 6,5 faizini Kanadaya, 6,4 faizini İndoneziyaya, 4,5 faizini Almaniyaya, 3,8 faizini Gürcüstana,  3,7 faizini Rusiyaya, 3,6 faizini Yunanıstana, 3,4 faizini Türkiyəyə, 1,7 faizini İsveçrəyə, qalan  3,7  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 12,9 faizi Türkiyə, 9,5 faizi Çin, 8,1 faizi Belarus, 7,3 faizi Almaniya, 4,1 faizi Ukrayna, 3,9 faizi ABŞ, 3,3 faizi İran, 2,9 faizi Türkmənistan, 2,6 faizi İtaliya, 2,4 faizi Koreya, hər biri 2,3 faiz olmaqla İsveçrə və Birləşmiş Krallıq, 2,2 faizi Qazaxıstan, 17,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2018-ci ilin yanvar ayında 122,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 36,1 faiz, real ifadədə isə 34,7 faiz çoxdur.

2018-ci ilin yanvar ayında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 59,0 faiz, təzə tərəvəz – 25,9 faiz,  tütün – 8,4 faiz, meyvə və tərəvəz şirələri – 33,4 faiz, meyvə və tərəvəz konservləri – 5,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,2 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 87,4 faiz, polietilen – 30,4 faiz, pambıq ipliyi – 52,7 faiz  artmış, şəkər ixracı isə 61,5 faiz, bitki yağları – 58,2 faiz, çay – 29,5 faiz, pambıq lifi – 3,4 faiz, emal olunmamış alüminium – 25,1 faiz, qara metallardan borular – 8,0 faiz,  bentonit gili – 30,2 faiz  azalmışdır.

2017-ci ilin yanvar ayı ilə müqayisədə  2018-ci ilin yanvar ayında buğda idxalı 2,1 dəfə, təzə meyvə – 34,8 faiz, bitki yağları – 5,1 dəfə, çay – 49,8 faiz, mal əti – 24,9 faiz, quş əti və onun əlavə məhsulları – 3,3 dəfə, qara metallardan borular – 2,7 dəfə, polad prokatı – 14,2 faiz, minik avtomobilləri – 2,2 dəfə, mineral gübrələr – 41,4 faiz, rezin şinlər – 79,8 faiz, qara metallardan çubuqlar – 64,8 faiz, polietilen – 4,4 dəfə, hesablama maşınları, blok və qurğuları – 3,0 dəfə,  qara metallardan künclüklər ­– 92,8 faiz, paltaryuyan maşınlar – 17,3 faiz, sement və sement klinkerləri – 2,0 dəfə, yük avtomobilləri – 78,0 faiz, məişət soyuducuları – 52,9 faiz, avtobuslar – 33,3 faiz artmış, xam şəkər və şəkər idxalı isə 57,3 faiz, siqaret – 0,8 faiz, kərə yağı, digər süd yağları və pastaları – 34,0 faiz, kartof – 24,9 faiz, təzə tərəvəz – 43,5 faiz, mebel – 0,7 faiz, məişət kondisionerləri – 8,2 faiz  azalmışdır.

 Əlaqə telefonu: 538 77 25

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim