logo
image

Dövlət Statistika Komitəsinin əməkdaşları Cenevrədə keçirilən seminara qatılıblar

22.02.2018

21-22 fevral 2018-ci il tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə təşkilatçılığı ilə “Ekoloji-İqtisadi Uçot Sisteminin tətbiqi” mövzusunda seminar keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova və həmin şöbənin Ətraf mühit statistikası sektorunun müdiri İlqar Vəliyev iştirak edirlər.

Seminarda Ekoloji-İqtisadi Uçot Sisteminin tətbiqi vəziyyəti, ayrı-ayrı ölkələrdə görülmüş işlər, mövcud problemlər və onların aradan qaldırılması yolları müzakirə ediləcək, bu sahədə əldə olunmuş bilik və təcrübələrlə bağlı fikir mübadiləsi aparılacaq. Tədbirdə Dövlət Statistika Komitəsinin nümayəndələri təqdimatla çıxış edərək Ekoloji-İqtisadi Uçot Sistemi çərçivəsində ölkəmizdə əldə edilmiş nailiyyətlər və yaxın gələcək üçün planlaşdırılan işlərdən danışacaq, ekoloji hesabların tərtibi zamanı qarşıya çıxan problemlərin həlli ilə bağlı öz təcrübələrini bölüşəcəklər.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim