home envelope sitemap
logo
2018-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 4439,0 milyon ABŞ dolları olmuşdur. 2018-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 8,5 milyard manat olmuşdur. 2018-ci ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2869,2 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,0 faiz bahalaşmışdır. Ölkə əhalisinin sayı 2018-ci il mart ayının 1-i vəziyyətinə 9911472 nəfərə çatmışdır. 2018-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,5 min nəfər olmuşdur. 2017-ci ildə 21165 təsərrüfatda mövcud olan 271,7 min arı ailəsindən 3043,1 ton bal əldə olunmuşdur. 2018-ci ilin yanvar-fevral aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 faiz artmışdır. 2017-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 52733,2 min ton, yük dövriyyəsi isə 11427,3 milyon ton-km olmuşdur. 2017-ci ildə ölkənin avtomobil yollarında 1833 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2017-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir.

2017-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında

2018-02-14

2017-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 52733,2 min ton, yük dövriyyəsi isə 11427,3 milyon ton-km olmuşdur. Yüklərin 32235,7 min tonu və ya 61,1 faizi avtomobil nəqliyyatı, 13074,2 min tonu və ya 24,8 faizi dəmir yolu nəqliyyatı, 7423,3 min tonu və ya 14,1 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

2016-cı illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,8 faiz artım müşahidə edilmişdir.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,3 faizini və ya 10186,6 min tonunu tranzit yüklər təşkil etmişdir.

Əlaqə telefonu: 538-93-98

 

 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim