home envelope sitemap
logo
2018-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 532,4 manat olmuşdur. 2018-ci ilin yanvar-aprel aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 4160,1 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 146 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1532,3 min nəfər olmuşdur. 2018-ci ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 10,9 milyard manat olmuşdur. 2018-ci ilin yanvar-mart aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 2,3 faiz artaraq 17185,1 milyon manata çatmışdır. 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən ötən illin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2017-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2014,7 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2018-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 4439,0 milyon ABŞ dolları olmuşdur. 2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,0 faiz bahalaşmışdır. Ölkə əhalisinin sayı 2018-ci il mart ayının 1-i vəziyyətinə 9911472 nəfərə çatmışdır. 2017-ci ildə 21165 təsərrüfatda mövcud olan 271,7 min arı ailəsindən 3043,1 ton bal əldə olunmuşdur.

 Pərakəndə  ticarət dövriyyəsi haqqında   

2018-02-14

2018-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,4 faiz üstələyərək 2794,6 milyon manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 1411,4 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1383,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar ayının göstəricilərini real ifadədə müvafiq olaraq 1,7 faiz və 3,0 faiz üstələmişdir.

Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir,milyon manatla 2017-ci ilin yanvar ayına nisbətən,faizlə
Pərakəndə ticarət dövriyyəsi 2 794,60 102,4
o cümlədən:
ərzaq məhsulları 1 253,4 101,9
içkilər və tütün məmulatları 158 100,6
toxuculuq məhsulları, geyim və ayaqqabılar 486,3 103,1
elektrik malları və mebellər 170,7 102,5
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 20 101,6
əczaçılıq və tibbi mallar 37,6 102
avtomobil yanacağı 161,4 100,9
digər qeyri-ərzaq məhsulları 507,2 103,8

Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8 faizi ərzaq məhsullarının, 5,7 faizi içkilər və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2018-ci ilin yanvar ayında istehlak məhsullarının 14,0 faizi ticarət müəssisələri, 52,9 faizi fərdi sahibkarlar tərəfindən, 33,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 19,8 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artmış, bazar və yarmarkalar üzrə isə 0,2 faiz azalmışdır.

Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi  285,7 manat və ya 2017-ci ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 20,0 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 144,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

 

əlaqə telefonu: 538-77-25

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim