home envelope sitemap
logo
2018-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 532,4 manat olmuşdur. 2018-ci ilin yanvar-aprel aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 4160,1 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 146 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1532,3 min nəfər olmuşdur. 2018-ci ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 10,9 milyard manat olmuşdur. 2018-ci ilin yanvar-mart aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 2,3 faiz artaraq 17185,1 milyon manata çatmışdır. 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən ötən illin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2017-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2014,7 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2018-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 4439,0 milyon ABŞ dolları olmuşdur. 2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,0 faiz bahalaşmışdır. Ölkə əhalisinin sayı 2018-ci il mart ayının 1-i vəziyyətinə 9911472 nəfərə çatmışdır. 2017-ci ildə 21165 təsərrüfatda mövcud olan 271,7 min arı ailəsindən 3043,1 ton bal əldə olunmuşdur.

Kənd  təsərrüfatı  texnikasının satışı  haqqında

2018-02-01

Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ötən il ölkəyə dövlət vəsaiti hesabına 9877 vahid kənd təsərrüfatı texnikası gətirilmişdir.

2017-ci il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına əvvəlki ilə nisbətən 130,8 milyon manat çox olmaqla ümumilikdə 269,4 milyon manat dəyərində 2 vahid taxılyığan kombayn, kombayna qoşulan 12 vahid biçici aqreqat (qarğıdalı biçən 8 vahid, günəbaxan biçən 4 vahid), 179 vahid pambıqyığan kombayn, 87 vahid çuğundur çıxaran, 1645 vahid müxtəlif növ traktor, 1370 vahid traktor yedəkləri (qoşqular), 838 vahid kotan, 343 vahid mala, 751 vahid kultivator, 95 vahid ot biçən, 29 vahid ot dırmığı, 34 vahid ot küləş presləyən, 394 vahid çiləyici və tozlayıcı, 961 vahid səpici aqreqat, 92 vahid gübrəsəpən, 31 vahid bağarası frez, 33 vahid taxıl (toxum) təmizləyən və 979 vahid digər kənd təsərrüfatı maşın və avadanlıqları satılmışdır.

Əlaqə telefonu: 538 75 71

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim