AZ    EN
logo
2020-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 8180,5 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur. 2020-ci ilin yanvar-may aylarında ölkədə 1,7 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. 2020-ci ilin yanvar-may aylarında əsas kapitala 4907,6 milyon manat məbləğində vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-may aylarında 0,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-aprel aylarında orta aylıq nominal əməkhaqqı 736,2 manat olmuşdur. 2020-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 102,9 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-aprel aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır. 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 519,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

Xarici ticarət əlaqələri haqqında

12.01.2018

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 114 ölkəyə məhsul ixrac olunmuş, 176 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21809,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 14018,7 milyon dollar, idxalın dəyəri 7790,7 milyon dollar təşkil etmiş, nəticədə 6228,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,6 faiz artmış, real ifadədə isə 10,9 faiz, o cümlədən ixrac 6,5 faiz, idxal 17,6 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,4 faizini İtaliyaya, 10,5 faizini Türkiyəyə, 4,5 faizini  İsrailə, 4,2 faizini Rusiyaya, 3,9 faizini Kanadaya, 3,8 faizini Çexiyaya, 3,6 faizini Almaniyaya, 3,5 faizini Çinə, 3,4 faizini Gürcüstana, 3,2 faizini İndoneziyaya, 3,0 faizini Portuqaliyaya,  2,9 faizini Hindistana,  2,7 faizini Fransaya, 2,4 faizini  Ukraynaya, qalan 17,0  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiya, 14,7 faizi Türkiyə, 9,8 faizi Çin, 8,7 faizi ABŞ, 5,2 faizi Ukrayna, 4,9 faizi Almaniya, 3,6 faizi İtaliya, hər biri 2,7 faiz olmaqla İran və Birləşmiş Krallıq, 2,2 faizi Braziliya, 1,9 faizi Yaponiya,  hər biri 1,7 faiz olmaqla Norveç və Fransa, 22,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2017-ci ilin yanvar-noyabr aylarında 1386,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 24,1 faiz, real ifadədə isə 21,8 faiz çoxdur.
2017-ci ilin yanvar-noyabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,0 faiz, təzə tərəvəz – 83,8 faiz, kartof – 50,7 faiz, tütün – 2,0 dəfə, çay – 52,1 faiz, bitki yağları – 0,1 faiz, meyvə və tərəvəz şirələri – 64,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 97,6 faiz, meyvə və tərəvəz konservləri – 5,1 faiz, pambıq lifi – 6,3 dəfə, bentonit gili – 3,2 dəfə artmış, şəkər ixracı isə 42,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 4,1 faiz, polietilen – 13,5 faiz, emal olunmamış alüminium – 27,1 faiz, qara metallardan borular – 3,6 faiz, qara metallardan yarımfabrikatlar – 44,0 faiz, pambıq ipliyi – 25,8 faiz azalmışdır.
2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-noyabr aylarında təzə meyvə idxalı 2,5 faiz, çay – 4,7 faiz, quş əti və onun əlavə məhsulları – 2,2 faiz, mal əti – 92,1 faiz, siqaret – 9,9 faiz, polad prokatı – 9,0 faiz, minik avtomobilləri – 2,0 dəfə, hesablama maşınları, blok və qurğuları – 52,6 faiz, rezin şinlər – 31,5 faiz, qara metallardan çubuqlar – 11,4 faiz,  mineral gübrələr – 19,6 faiz, qara metallardan künclüklər ­– 23,1 faiz, paltaryuyan maşınlar – 67,5 faiz, məişət kondisionerləri – 23,8 faiz, yük avtomobilləri – 2,2 dəfə, avtobuslar – 2,1 dəfə artmış, buğda idxalı isə 22,2 faiz, xam şəkər və şəkər – 2,6 faiz, bitki yağları – 4,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 7,4 faiz, kartof – 10,7 faiz, təzə tərəvəz – 43,7 faiz, qara metallardan borular – 47,4 faiz, mebel – 19,2 faiz,  polietilen – 8,7 faiz, sement və sement klinkerləri – 92,5 faiz, məişət soyuducuları – 16,4 faiz azalmışdır.

Əlaqə telefonu: 538-77-25

 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim