home envelope sitemap
logo
2018-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 532,4 manat olmuşdur. 2018-ci ilin yanvar-aprel aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 4160,1 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 146 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1532,3 min nəfər olmuşdur. 2018-ci ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 10,9 milyard manat olmuşdur. 2018-ci ilin yanvar-mart aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 2,3 faiz artaraq 17185,1 milyon manata çatmışdır. 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən ötən illin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2017-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2014,7 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2018-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 4439,0 milyon ABŞ dolları olmuşdur. 2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,0 faiz bahalaşmışdır. Ölkə əhalisinin sayı 2018-ci il mart ayının 1-i vəziyyətinə 9911472 nəfərə çatmışdır. 2017-ci ildə 21165 təsərrüfatda mövcud olan 271,7 min arı ailəsindən 3043,1 ton bal əldə olunmuşdur.

Xarici ticarət əlaqələri haqqında

2017-12-13

 2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 113 ölkəyə məhsul ixrac olunmuş, 180 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 19459,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 12500,6 milyon dollar, idxalın dəyəri 6958,4 milyon dollar təşkil etmiş, nəticədə 5542,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,4 faiz artmış, real ifadədə isə 12,0 faiz, o cümlədən ixrac 8,1 faiz, idxal 18,0 faiz azalmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 22,9 faizini İtaliyaya, 12,7 faizini Türkiyəyə, 5,0 faizini Rusiyaya, hər biri 4,9 faiz olmaqla  İsrail və Çexiyaya, 4,8 faizini Çinə, 4,2 faizini Gürcüstana, 4,0 faizini Kanadaya, 3,8 faizini Portuqaliyaya, 3,7 faizini Almaniyaya, hər biri 3,0 faiz olmaqla Hindistan və Tayvana (Çinin əyaləti), 2,5 faizini İndoneziyaya, qalan  20,6  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,3 faizi Rusiyanın, 14,6 faizi Türkiyənin, 9,7 faizi Çinin, 9,3 faizi ABŞ-ın, 5,2 faizi Ukraynanın, 4,8 faizi Almaniyanın, 3,7 faizi İtaliyanın, 2,8 faizi Birləşmiş Krallığın, 2,7 faizi İranın, 2,4 faizi Braziliyanın, hər biri 1,9 faiz olmaqla Yaponiya və  Norveçin,  23,7 faizi isə digər ölkələrin payına düşmüşdür.

2017-ci ilin yanvar-oktyabr aylarında 1218,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 25,1 faiz, real ifadədə isə 22,8 faiz çoxdur.

2017-ci ilin yanvar-oktyabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 26,4 faiz, təzə tərəvəz – 87,1 faiz, kartof – 50,7 faiz, tütün – 2,1 dəfə, bitki yağları – 13,0 faiz, çay – 58,0 faiz, meyvə və tərəvəz şirələri – 53,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 76,7 faiz, meyvə və tərəvəz konservləri – 4,0 faiz, qara metallardan borular – 0,3 faiz, pambıq lifi – 6,5 dəfə, bentonit gili – 3,4 dəfə artmış, şəkər ixracı isə 41,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 10,6 faiz, polietilen – 13,2 faiz, emal olunmamış alüminium – 28,6 faiz, qara metallardan yarımfabrikatlar – 37,3 faiz, pambıq ipliyi – 29,1 faiz azalmışdır.

2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2017-ci ilin yanvar-oktyabr aylarında təzə meyvə idxalı 2,6 faiz, çay – 7,6 faiz, quş əti və onun əlavə məhsulları – 3,9 faiz, mal əti – 88,9 faiz, siqaret – 6,0 faiz, polad prokatı – 11,7 faiz, minik avtomobilləri – 88,0 faiz, hesablama maşınları, blok və qurğuları – 51,1 faiz, rezin şinlər – 34,6 faiz, qara metallardan çubuqlar – 13,7 faiz,  mebel – 2,1 dəfə,  mineral gübrələr – 48,4 faiz, qara metallardan künclüklər ­– 29,0 faiz, məişət kondisionerləri – 23,5 faiz, paltaryuyan maşınlar – 72,7 faiz, yük avtomobilləri – 89,7 faiz, avtobuslar – 97,3 faiz artmış, buğda idxalı isə 25,6 faiz, xam şəkər və şəkər – 5,3 faiz, bitki yağları – 7,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 0,4 faiz, kartof – 6,2 faiz, təzə tərəvəz – 43,6 faiz, qara metallardan borular – 52,1 faiz, polietilen – 12,8 faiz, sement və sement klinkerləri – 93,0 faiz, məişət soyuducuları –17,0 faiz azalmışdır.

Əlaqə telefonu: 538-77-25

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim