logo

Pərakəndə ticarət dövriyyəsi haqqında

13.12.2017

2017-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,3 faiz üstələyərək 30,9 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 15623,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15239,0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 2,7 faiz üstələmişdir.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir,milyon manatla 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 30 862,8 102,3
o cümlədən:
ərzaq məhsulları 14 188,6 102,0
içkilər və tütün məmulatları 1 435,2 100,9
toxuculuq məhsulları, geyim və ayaqqabılar 5 667,2 103,1
elektrik malları və mebellər 1 930,8 102,1
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 228,2 101,5
əczaçılıq və tibbi mallar 423,2 101,4
avtomobil yanacağı 1 651,0 99,8
digər qeyri-ərzaq məhsulları 5 338,6 103,6

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,0 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 18,4 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının 12,0 faizi ticarət müəssisələri, 53,9 faizi fərdi sahibkarlar tərəfindən, 34,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 9,7 faiz, fərdi sahibkarlar üzrə 1,3 faiz, bazar və yarmarkalar üzrə 1,5 faiz artmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  288,3 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,8 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,4 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

Əlaqə telefonu: 538-77-25

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim