home envelope sitemap
logo

Əsas kapitala yönəldilmiş vəsait haqqında

2017-12-13

2017-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 13688,4 milyon manat vəsaitin 6051,7 milyon manatı və ya 44,2 faizi qeyri-neft sektoruna sərf edilmiş və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artmışdır. Ümumi sərmayənin 73,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 77,0 faizi məhsul istehsalı obyektlərinin, 17,1 faizi xidmət sahələri üzrə obyektlərin, 5,9 faizi isə ümumi sahəsi 1536,0 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 42,2 faizini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,6 faiz, bank kreditləri 12,7 faiz, büdcə vəsaitləri 14,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,8 faiz təşkil etmişdir.
2017-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik Stansiyası, Balaxanı Sənaye Parkı, Bakı-Tbilisi-Qars dəmir yolu, Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat avtomobil yolu, Gəncə şəhərində “Yeni Gəncə” elektrik yarımstansiyası, Gəncə Dövlət Filarmoniyasının yeni binası, “Grand Qafqaz” Ticarət Kompleksi, “Gəncə Mall” Ticarət Mərkəzi, Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Lənkəran şəhərində Çəltik zavodu, “Xəzər Palace” otel kompleksi, Abşeron rayonunda Olimpiya İdman Kompleksi, Ağcabədi rayonunda Çörək və un məmulatları zavodu, Olimpiya İdman Kompleksi, Balakən rayonunda Balakən Su elektrik stansiyası, Cəlilabad rayonunda dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi, Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Masallı-Cəlilabad hissəsi, Gədəbəy rayonunda Limonad zavodu, 35/10 kV-luq “Gədəbəy” elektrik yarımstansiyası, Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzi, Qax rayonunda 110/35/10 kV-luq elektrik yarımstansiyası, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsi, 110/35/6 kV-luq “Neftçala” yarımstansiyası, Saatlı rayonunda 110/35/10 kV-luq “Sarıcalar” elektrik yarımstansiyası, Sabirabad rayonunda Mərkəzi Xəstəxana, Salyan rayonunda 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyası, Şəmkir rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı, Zaqatala rayonunda “Bəhmənli” elektrik yarımstansiyası, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində, Gədəbəy, Salyan və Şamaxı rayonlarında 3960 şagird yerlik 9 ümumtəhsil məktəb binası, Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qazax, Saatlı və Samux rayonlarında 724 yerlik 6 məktəbəqədər təhsil müəssisəsi və s. obyektlər istifadəyə verilmişdir.

Əlaqə telefonu: 539-87-17

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim