home envelope sitemap
logo
2018-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 532,4 manat olmuşdur. 2018-ci ilin yanvar-aprel aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 4160,1 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 146 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1532,3 min nəfər olmuşdur. 2018-ci ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 10,9 milyard manat olmuşdur. 2018-ci ilin yanvar-mart aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 2,3 faiz artaraq 17185,1 milyon manata çatmışdır. 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən ötən illin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2017-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2014,7 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2018-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 4439,0 milyon ABŞ dolları olmuşdur. 2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,0 faiz bahalaşmışdır. Ölkə əhalisinin sayı 2018-ci il mart ayının 1-i vəziyyətinə 9911472 nəfərə çatmışdır. 2017-ci ildə 21165 təsərrüfatda mövcud olan 271,7 min arı ailəsindən 3043,1 ton bal əldə olunmuşdur.
image

Dövlət Statistika Komitəsində Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyinin mütəxəssisləri üçün təlim keçirilib

2017-12-01

2017-ci il 29 noyabr - 1 dekabr tarixlərində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyinin bir qrup mütəxəssisi üçün biznes reyestrin yenilənməsi üsulları və keyfiyyətin idarə edilməsi sisteminə dair təlim keçirilib.

Təlimdə Komitənin əməkdaşları tərəfindən Tacikistanlı statistiklərə Azərbaycan Respublikasının milli statistika sistemi, onun strukturu, statistik vahidlərin Dövlət reyestrinin strukturu, məlumatların mənbəyi, reyestrin  aktuallaşdırılması prosesi və dövriliyi, rəsmi statistika məqsədləri üçün inzibati məlumatlardan istifadə,iqtisadi və sosial təsnifatlar, statistikada keyfiyyətin idarə edilməsi sisteminin yaradılması və inkişaf etdirilməsi, sistemin yaradılmasında qarşıya çıxan çətinliklər, sertifikatlaşma prosesi, statistik biznes-prosesin ümumi modelinin metodoloji konsepsiyası, metaməlumatların strukturu və s. məsələlərlə bağlı təqdimatlar edilmiş, ölkə təcrübəsi haqqında ətraflı məlumat verilmişdir. Təlimdə təqdimatlarla yanaşı, biznes reyestrin aparılması üsullarına dair praktiki məşğələlər keçirilmiş, Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyinin mütəxəssislərini maraqlandıran suallar cavablandırılmışdır.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim