AZ    EN
logo
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 149 ölkəsindən 426,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-fevral aylarında əsas kapitala 1965,2 milyon manat vəsait yönəldilmişdir 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5858,7 milyon manatlıq məhsullar satılmışdır. 2020-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-fevral aylarına nisbətən 102,8 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar ayında orta aylıq nominal əməkhaqqı 712,1 manat olmuşdur 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsulun həcmi 12578,0 milyon manat təşkil etmişdir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycana 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətlərindən istifadəsi haqqında

15.11.2017

2017-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə  nisbətən 46,6 faiz artaraq 191,9 milyon manat təşkil etmişdir.

İstehlakın ümumi dəyərinin 72,4 faizini elektrik enerjisi, 11,0 faizini təbii qaz, 8,9 faizini su, 5,3 faizini rabitə xidmətləri, 2,4 faizini isə istilik enerjisi təşkil etmişdir.

2017-ci ilin yanvar-sentyabr aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 96,1 faizini ödəmiş və 7,5 milyon manat kreditor borc yaranmışdır.

Büdcədən maliyyələşən istehlakçılar maliyyə intizamına riayət etmiş, müəyyən edilmiş limitin ümumilikdə 99,3 faizindən istifadə edərək, 3,8 milyon manatlıq təbii qaza, 3,1 milyon manatlıq suya, 1,7 milyon manatlıq rabitə xidmətlərinə və 0,7 milyon manatlıq istilik enerjisinə qənaət etmişlər.

Əlaqə telefonu: 538-63-03

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim