AZ    EN
logo
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 149 ölkəsindən 426,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-fevral aylarında əsas kapitala 1965,2 milyon manat vəsait yönəldilmişdir 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5858,7 milyon manatlıq məhsullar satılmışdır. 2020-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-fevral aylarına nisbətən 102,8 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar ayında orta aylıq nominal əməkhaqqı 712,1 manat olmuşdur 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsulun həcmi 12578,0 milyon manat təşkil etmişdir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycana 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

Pərakəndə ticarət dövriyyəsi haqqında

16.11.2017

2017-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,1 faiz üstələyərək 28,0 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 14,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,8 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-oktyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,5 faiz və 2,8 faiz üstələmişdir.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir,milyon manatla 2016-cı ilin yanvar-oktyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 28033,9 102,1
o cümlədən:
ərzaq məhsulları 12 861,4 101,6
içkilər və tütün məmulatları 1323,4 100,5
toxuculuq məhsulları, geyim və ayaqqabılar 5103,6 103,2
elektrik malları və mebellər 1763,6 102,4
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 208,4 101,8
əczaçılıq və tibbi mallar 385,8 101,7
avtomobil yanacağı 1486,5 99,7
digər qeyri-ərzaq məhsulları 4901,2 103,6

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,2 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının 12,0 faizi ticarət müəssisələri, 53,5 faizi fərdi sahibkarlar tərəfindən, 34,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,0 faiz, fərdi sahibkarlar üzrə 1,1 faiz, bazar və yarmarkalar üzrə 1,4 faiz artmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 288,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 40,3 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,4 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

Əlaqə telefonu: 538-77-25

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim