home envelope sitemap
logo
image

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib

2017-11-15

2017-ci il noyabrın 15-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib.

Giriş sözü ilə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ilk öncə Şura üzvlərini salamlayaraq, iclasın gündəliyində duran məsələlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2019-cu ildə  Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli 1040 nömrəli Fərmanından irəli gələn vəzifələrlə bağlı Dövlət Statistika Komitəsi tərəfindən təqvim planına uyğun olaraq ardıcıl tədbirlər həyata keçirilir.

Şuranın iclasında əhalinin siyahıyaalınmasının sorğu və siyahıyaalma vərəqələrinin layihələrinə daxil edilməsi nəzərdə tutulan suallar müzakirə edilib, “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin edilməsi zəruriətindən söhbət açılıb.

Müzakirə zamanı şura üzvləri mühüm dövlət tədbiri olan əhalinin növbəti siyahıyaalınmasının əhəmiyyəti, siyahıyaalmada inzibati mənbələrdən istifadə olunması, əhali arasında maarifləndirmənin aparılması və bununla əlaqədar KİV-lərin, sosial şəbəkələrin, qeyri-hökumət təşkilatlarının imkanlarından səmərəli istifadə edilməsi, məlumatların dəqiqliyinin təmin olunması məqsədilə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi məsələləri ilə bağlı öz rəylərini bildirmiş, təkliflərini irəli sürmüşlər.

15.11.2017

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim