AZ    EN
logo
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 149 ölkəsindən 426,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar-fevral aylarında əsas kapitala 1965,2 milyon manat vəsait yönəldilmişdir 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5858,7 milyon manatlıq məhsullar satılmışdır. 2020-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-fevral aylarına nisbətən 102,8 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar ayında orta aylıq nominal əməkhaqqı 712,1 manat olmuşdur 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsulun həcmi 12578,0 milyon manat təşkil etmişdir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycana 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

Tikinti sahəsində çalışan muzdlu işçilərin sayı və orta aylıq əmək haqqı barədə

13.11.2017

2017-ci ilin yanvar-sentyabr aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,9 min nəfər təşkil etmiş, onların 53,0 min nəfəri binaların tikintisində, 24,9 min nəfəri mülki təyinatlı inşaat işlərində, 25,0 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışmışdır. İşçilərin 27,2 faizi dövlət, 72,8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olmuşlar.

 Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 793,4 manat olmuşdur. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 901,3 manat, dövlət sektorunda isə 525,9 manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində orta aylıq nominal əmək haqqı 14,1 faiz azalmış, binaların tikintisində işləyənlərin orta aylıq nominal əmək haqqı 5,0 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların isə 11,1 faiz artmışdır.

Əlaqə telefonu: 539-87-17

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim