home envelope sitemap
logo

Fərdi yaşayış evlərinin istifadəyə verilməsi haqqında

2017-10-24

        2017-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə vətəndaşlarının vəsaiti hesabına ümumi sahəsi 1228,7 min kvadrat metr olan 8,5 min fərdi yaşayış evi istifadəyə verilmişdir ki, bu da ölkə üzrə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinin 97,3 faizini təşkil etmişdir.

Fərdi yaşayış evlərinin 447,8 min kvadrat metri və ya 36,4 faizi kənd yerlərində tikilmişdir. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 143,9 kvadrat metr olmuşdur. Fərdi yaşayış evlərinin 49,8 faizi Naxçıvan Muxtar Respublikasında, Bakı, Lənkəran və Şəki şəhərlərində, Abşeron, Qazax, Tovuz, Şəmkir, Cəlilabad və Qəbələ rayonlarında inşa edilmişdir.

Əlaqə telefonu: 539-87-17

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim