home envelope sitemap
logo
2018-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 8953,6 milyon manat vəsait yönəldilmişdir. Ölkə üzrə əhalinin sayı 2018-ci il avqust ayının 1-i vəziyyətinə 9943226 nəfərə çatmışdır. 2018-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 23,0 milyard manata bərabər olmuşdur. 2018-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17474,7 milyon ABŞ dolları təşkil etmişdir. 2018-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 542,3 manat olmuşdur. 2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz bahalaşmışdır. Cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1792,8 milyon manat vəsait yönəldilmişdir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-iyul aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 7457,3 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artmışdır. 2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25675,5 min ton olunmuşdur. 2018-ci il iyul ayının 23-nə olan məlumata əsasən biçilməsi nəzərdə tutulmuş 1049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılmışdır. 2018-ci ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu 1,3 faiz artaraq 37009,1 milyon manata çatmışdır. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Səyahət agentlikləri və turoperatorların fəaliyyəti haqqında

2017-10-24

2017-ci ilin yanvar-iyun aylarında səyahət agentlikləri və turoperatorların gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 22,4 milyon manat olmuşdur. Bu müəssisələr tərəfindən 29,7 min turistə xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövrünün göstəricisindən 6,5 faiz çoxdur. Xidmət göstərilmiş turistlərin 19,9 min nəfəri xarici ölkələrə, 6,3 mini ölkə ərazisində səyahət edən Azərbaycan Respublikası vətəndaşları, 3,5 min nəfəri isə Azərbaycana səyahət məqsədilə gələn əcnəbilər və vətəndaşdığı olmayan şəxslər olmuşdur. Ölkə səyahət agentliklərinə müraciət edərək müvafiq yollayış almış Azərbaycan Respublikası ərazisində səyahət edən ölkə vətəndaşlarının sayı 37,0 faiz, Azərbaycana səyahətə gələn xarici ölkə vətəndaşlarının sayı 66,7 faiz artmış, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında isə 5,7 faiz azalma müşahidə olunmuşdur.

Səyahət agentlikləri və turoperatorlar tərəfindən 15,0 min ədəd turizm yollayışı satılmışdır ki, bunların da 1,1 minini Azərbaycan Respublikası ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına, 13,9 minini isə ölkə vətəndaşlarına satılmış yollayışlar təşkil etmişdir. Azərbaycan Respublikasının vətəndaşları tərəfindən alınmış yollayışların 11,8 mini (84,9 faizi) xarici ölkələrə, 2,1 mini (15,1 faizi) ölkə daxilində səyahət etmək üçün nəzərdə tutulmuşdur.

Əhaliyə satılmış turizm yollayışlarının ümumi dəyəri 15,9 milyon manat olmuşdur ki, bunun da 14,0 milyon manatını və ya 88,1 faizini xarici ölkələrə getmiş Azərbaycan Respublikası vətəndaşlarına satılmış yollayışların dəyəri təşkil etmişdir. Əhaliyə satılmış bir turizm yollayışının orta dəyəri 8,2 faiz artaraq 1059,8 manat, o cümlədən Azərbaycan Respublikasının vətəndaşlarına ölkə ərazisində səyahət etmək üçün satılmış bir yollayışın orta dəyəri 488,3 manat, ölkədən kənarda səyahət etmək üçün 1182,0 manat, Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılmış bir yollayışın orta dəyəri isə 812,1 manat olmuşdur.

Səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə xarici ölkələrdə istirahət etmiş Azərbaycan Respublikası vətəndaşlarının sayı 20,0 min nəfər olmuş, onların 47,7 faizi Türkiyə, 12,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,4 faizi Rusiya Federasiyası, 9,1 faizi İran, 3,0 faizi Almaniya, 1,6 faizi Gürcüstan, 1,4 faizi İtaliya, 1,3 faizi Çexiya, 0,7 faizi Ukrayna və 10,1 faizi digər ölkələrə səyahət etmişdir.

2017-ci ilin birinci yarımilində turizm yollayışlarından istifadə etməklə ölkə ərazisində istirahət etmiş Azərbaycan Respublikası vətəndaşlarının sayı 6,3 min nəfər olmuşdur ki, onların 21,2 faizi İsmayıllı, 19,3 faizi Qəbələ, 16,7 faizi Xaçmaz, 12,7 faizi Xəzər, 9,7 faizi Qusar, 5,4 faizi Quba, 4,5 faizi Qax və 10,5 faizi ölkənin digər şəhər və rayonlarında istirahət etmişdir.

Əlaqə telefonu: 538-93-98

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim