home envelope sitemap
logo
2018-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 8953,6 milyon manat vəsait yönəldilmişdir. Ölkə üzrə əhalinin sayı 2018-ci il avqust ayının 1-i vəziyyətinə 9943226 nəfərə çatmışdır. 2018-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 23,0 milyard manata bərabər olmuşdur. 2018-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17474,7 milyon ABŞ dolları təşkil etmişdir. 2018-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 542,3 manat olmuşdur. 2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz bahalaşmışdır. Cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1792,8 milyon manat vəsait yönəldilmişdir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-iyul aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 7457,3 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artmışdır. 2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25675,5 min ton olunmuşdur. 2018-ci il iyul ayının 23-nə olan məlumata əsasən biçilməsi nəzərdə tutulmuş 1049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılmışdır. 2018-ci ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu 1,3 faiz artaraq 37009,1 milyon manata çatmışdır. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
image

Tbilisidə enerji səmərəliliyinə dair təlim həftəsi keçirilir

2017-10-18

 

16-20 oktyabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Beynəlxalq Enerji Agentliyinin (BEA) EU4 Enerji Layihəsi üzrə “Enerji səmərəliliyinə dair təlim həftəsi” keçirilir. Təlim həftəsi enerji statistikası sahəsində çalışan işçilərin potensialının artırılması, enerji səmərəliliyi təşəbbüslərinin inkişaf etdirmələri üçün bilik və bacarıqlarının aşılanması məqsədini daşıyır. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Sənaye və tikinti,  Energetika və ətraf mühit, Xidmət statistikası şöbələrinin nümayəndələri də iştirak edirlər.

Təlim həftəsində enerji səmərəliliyinə dair 5 paralel kursda enerji statistikası, tikinti, sənaye, işıqlandırma və elektrik avadanlıqları, nəqliyyat bölmələri üzrə statistik məsələlər əhatə ediləcək. Kurslarda  statistika orqanlarının nümayəndələrinə enerji məlumatlarının müəyyənləşdirilməsi, beynəlxalq səviyyədə qəbul edilmiş enerji səmərəliliyi göstəriciləri, onların mahiyyəti, metodologiyası, bu sahədəki mövcud problemlər, inkişaf perspektivləri ilə bağlı təqdimatlar nümayiş olunacaq, dünya ölkələrində enerji səmərəliliyi statistikası sahəsində əldə edilmiş son nəalliyyətlər barədə geniş müzakirələr aparılacaq. Tədbirdə həmçinin Beynəlxalq Enerji Agentliyinin təcrübə və metodologiyaları şərh olunacaq, Beynəlxalq Enerji Agentliyi, Avrostat və BMT-nin Avropa İqtisadi Komissiyasının bu sahədə tətbiq edilən sorğuları üzrə praktiki məşğələlər də keçiriləcək.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim