home envelope sitemap
logo
2018-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 8953,6 milyon manat vəsait yönəldilmişdir. Ölkə üzrə əhalinin sayı 2018-ci il avqust ayının 1-i vəziyyətinə 9943226 nəfərə çatmışdır. 2018-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 23,0 milyard manata bərabər olmuşdur. 2018-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17474,7 milyon ABŞ dolları təşkil etmişdir. 2018-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 542,3 manat olmuşdur. 2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz bahalaşmışdır. Cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1792,8 milyon manat vəsait yönəldilmişdir. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 2018-ci ilin yanvar-iyul aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 7457,3 milyon manat vəsait yönəldilmişdir. 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2018-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artmışdır. 2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25675,5 min ton olunmuşdur. 2018-ci il iyul ayının 23-nə olan məlumata əsasən biçilməsi nəzərdə tutulmuş 1049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılmışdır. 2018-ci ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu 1,3 faiz artaraq 37009,1 milyon manata çatmışdır. 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Xarici ticarət əlaqələri haqqında

2017-10-11

              2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 110 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.

              Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 15021,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9720,4 milyon dollar, idxalın dəyəri 5300,8 milyon dollar təşkil etmiş, nəticədə 4419,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,0 faiz artmış, real ifadədə isə 13,3 faiz, o cümlədən ixrac 8,9 faiz, idxal 20,0 faiz azalmışdır.

              Ticarət dövriyyəsinin 35,7 faizi Avropa İttifaqı ölkələri, 13,2 faizi MDB üzvü dövlətləri, 51,1 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.

              İxracın dəyərinin 21,4 faizi İtaliyaya, 14,2 faizi Türkiyəyə, 6,0 faizi Çinə, 5,1 faizi Rusiyaya, 4,7 faizi Gürcüstana, 4,4 faizi Çexiyaya, 4,2 faizi İsrailə, 3,8 faizi Hindistana, hər biri 3,7 faiz olmaqla Tayvan (Çinin əyaləti), Almaniya və Portuqaliyaya, 3,4 faizi  Kanadaya, qalan 21,7 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.

              İdxal olunmuş məhsulların dəyərinin 17,2 faizi Rusiyanın, 15,3 faizi Türkiyənin, 10,0 faizi Çinin, 7,8 faizi ABŞ-ın, 4,7 faizi Almaniyanın, 4,4 faizi Ukraynanın, 3,9 faizi İtaliyanın, hər biri 3,0 faiz olmaqla İran və Birləşmiş Krallığın, 2,8 faizi Braziliyanın, 2,2 faizi Norveçin, 1,7 faizi  Fransanın,  24,0 faizi isə digər ölkələrin payına düşmüşdür.

2017-ci ilin yanvar-avqust aylarında 963,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə isə 27,4 faiz çoxdur.

  2017-ci ilin yanvar-avqust aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 86,3 faiz, təzə meyvə – 34,6 faiz, kartof – 50,7 faiz, tütün – 92,1 faiz, bitki yağları – 14,2 faiz, çay – 53,8 faiz, meyvə və tərəvəz şirələri – 75,8 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 73,5 faiz, meyvə və tərəvəz konservləri – 0,8 faiz, pambıq lifi – 6,3 dəfə, bentonit gili – 3,7 dəfə artmış, şəkər ixracı isə 34,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,8 faiz, polietilen – 0,4 faiz, emal olunmamış alüminium – 26,8 faiz, qara metallardan borular – 6,9 faiz, qara metallardan yarımfabrikatlar – 28,3 faiz, pambıq ipliyi – 34,1 faiz azalmışdır.

2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə 2017-ci ilin yanvar-avqust aylarında bitki yağları idxalı 2,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 5,8 faiz, təzə meyvə – 8,6 faiz, çay – 1,6 faiz, quş əti və onun əlavə məhsulları – 55,2 faiz, mal əti – 2,2 dəfə, minik avtomobilləri – 63,5 faiz, polad prokatı – 7,9 faiz, hesablama maşınları, blok və qurğuları – 70,9 faiz, mebel – 2,4 dəfə,  qara metallardan çubuqlar – 18,7 faiz, rezin şinlər – 38,2 faiz, mineral gübrələr – 2,9 dəfə, məişət kondisionerləri – 25,0 faiz, qara metallardan künclüklər ­– 35,2 faiz, paltaryuyan maşınlar – 77,8 faiz, yük avtomobilləri – 76,3 faiz, avtobuslar – 2,5 dəfə artmış, buğda idxalı isə 36,2 faiz, xam şəkər və şəkər – 8,7 faiz, kartof – 5,2 faiz, təzə tərəvəz – 44,7 faiz, qara metallardan borular – 63,1 faiz, polietilen – 20,6 faiz, sement və sement klinkerləri – 93,8 faiz, məişət soyuducuları – 28,0 faiz azalmışdır.

 

əlaqə telefonu: 538 77 25

 

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim