image

Ekologiya statistikasına dair beynəlxalq tədbirlər keçirilir

04.10.2017

2-5 oktyabr tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının “Ekologiya statistikası və göstəriciləri” üzrə birgə məqsədli işçi qrupunun 14-cü sessiyası və İqlim dəyişikliyi ilə bağlı statistik məlumatların istehsalçıları və istifadəçiləri üçün forum keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova iştirak edir.

“Ekologiya statistikası və göstəriciləri” üzrə birgə məqsədli işçi qrupunun 14-cü sessiyasında iqlim dəyişikliyi ilə bağlı statistik məlumat və göstəricilər, biomüxtəliflik və energetika göstəriciləri, tullantılar statistikası üzrə işçi qrupunun fəaliyyəti, regional informasiya şəbəkəsinin yaradılması və ətraf mühitin qiymətləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub. İqlim dəyişikliyi ilə bağlı statistik məlumatların istehsalçıları və istifadəçiləri üçün forumda isə torpaq, kənd və meşə təsərrüfatı sahəsində iqlim dəyişmələri ilə bağlı məlumatlar, iqlim dəyişmələri üzrə bir sıra göstəricilərin tətbiqi, təbii fəlakətlərin və ekstremal hadisələrin ölçülməsi ilə bağlı məsələlərə baxılacaq.