AZ    EN
logo
2020-ci ilin yanvar ayında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 6520,2 milyon manat təşkil etmişdir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycana 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar ayında əsas kapitala 996,7 milyon manat vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar ayında 4,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların 3,1 milyard manata bərabər olmuşdur. 2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır. Cari il dekabr ayının 24-ü vəziyyətinə 1019200,2 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 603,5 manat təşkil etmişdir. 2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1639,1 min nəfər olmuşdur. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilmişdir.

Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında

12.09.2017

2017-ci ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 602,0 min nəfər, gecələmələrin sayı 1081,0 min adam-gecə olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilmiş şəxslərin sayında 42,9 faiz, gecələmələrin sayında isə 52,0 faiz artım müşahidə edilmişdir. Yerləşdirilmiş şəxslərin 68,4 faizi xarici ölkə vətəndaşları olmuş, onlar tərəfindən keçirilmiş gecələmələrin sayı ümumi gecələmələrin  65,9 faizini təşkil etmişdir.

Gecələmələrin 58,2 faizi Bakıda, 9,3 faizi Qəbələdə, 5,8 faizi Qusarda, 4,1 faizi Naxçıvan Muxtar Respublikasında,  2,1 faizi Qubada, 1,5 faizi Şamaxıda, 1,4 faizi Xaçmazda, 17,6 faizi isə digər şəhər və rayonlarda yerləşən mehmanxanalarda qeydə alınmışdır.

Bu dövrdə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 136,6 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz çoxdur. Gəlirlərin 68,8 faizi nömrələrin satışı üzrə xidmətlərdən,  21,4 faizi içki və qida məhsullarının satışı üzrə xidmətlərdən, 9,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir. Gəlirlərin 97,0 milyon manatı (71,0 faizi) xarici vətəndaşlara göstərilmiş xidmətlər nəticəsində formalaşmışdır.

Xidmətlərin göstərilməsinə çəkilən xərclər 105,2 milyon manat olmuşdur ki, onların 32,3 faizini əmək haqqı xərcləri, 14,9 faizini içki və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 8,0 faizini yanacaq və enerji xərcləri, 7,9 faizini bütün növ sosial sığortalar üzrə ayırmalar, 7,3 faizini amortizasiya ayırmaları, 29,6 faizini isə digər xərclər təşkil etmişdir. Bu müəssisələrdə çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq 9770 nəfər olmuş və bir işçiyə düşən orta aylıq nominal əmək haqqının məbləği 579,3 manat təşkil edərək ölkə üzrə orta göstəricidən 11,1 faiz çox olmuşdur.

Əlaqə telefonu: 538-93-98

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim