AZ    EN
logo
2020-ci ilin yanvar ayında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 6520,2 milyon manat təşkil etmişdir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycana 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar ayında əsas kapitala 996,7 milyon manat vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar ayında 4,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların 3,1 milyard manata bərabər olmuşdur. 2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır. Cari il dekabr ayının 24-ü vəziyyətinə 1019200,2 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 603,5 manat təşkil etmişdir. 2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1639,1 min nəfər olmuşdur. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilmişdir.

İnşaat işləri üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən istifadə edilməsi haqqında

31.07.2017

Məhsul istehsalı və xidmət obyektlərinin, yaşayış evlərinin, ümumtəhsil məktəblərinin, xəstəxanaların, məktəbəqədər təhsil müəssisələrinin və digər obyektlərin tikilib istifadəyə verilməsi, habelə mövcud tikinti və obyektlərin bərpa edilməsi məqsədilə 2017-ci ildə dövlət büdcəsində inşaat işlərinin maliyyələşdirilməsi üçün 2731,3 milyon manat dəyərində vəsait nəzərdə tutulmuşdur. Cari ilin altı ayında həmin vəsaitin 771,5 milyon manatından və ya 28,2 faizindən istifadə edilmişdir. İnşası həyata keçirilən tikili və obyektlər üzrə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilmiş vəsait istifadə edilmiş ümumi vəsaitin 83,7 faizini təşkil edərək 645,6 milyon manat olmuşdur. İstifadə edilmiş vəsaitin 83,5 faizi İqtisadiyyat, Müdafiə Sənayesi, Təhsil, Səhiyyə, Gənclər və İdman nazirliklərinin, “Azəravtoyol”, “Azərişıq”, “Azərsu”, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı, “Azərbaycan Dəmir Yolları”, “Bakı Metropoliteni” səhmdar cəmiyyətlərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin payına düşmüşdür.

Tel. 539-87-17

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim