AZ    EN
logo
2020-ci ilin yanvar ayında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 6520,2 milyon manat təşkil etmişdir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycana 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar ayında əsas kapitala 996,7 milyon manat vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar ayında 4,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların 3,1 milyard manata bərabər olmuşdur. 2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır. Cari il dekabr ayının 24-ü vəziyyətinə 1019200,2 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 603,5 manat təşkil etmişdir. 2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1639,1 min nəfər olmuşdur. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilmişdir.

Yaşayış evlərinin tikintisi haqqında

17.07.2017

 2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir.

Yanvar-iyun aylarında mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 382,2 milyon manat olmuş, onun 60,6 milyon manatı dövlət, 321,6 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşmüşdür.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 5,6 min yaşayış evi tikmişlər, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt, Şəki, Lənkəran şəhərlərində, Abşeron, Qazax, Cəlilabad, Tovuz və Qəbələ rayonlarında inşa edilmişdir.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim