AZ    EN
logo
2020-ci ilin yanvar ayında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 6520,2 milyon manat təşkil etmişdir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycana 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar ayında əsas kapitala 996,7 milyon manat vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar ayında 4,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların 3,1 milyard manata bərabər olmuşdur. 2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır. Cari il dekabr ayının 24-ü vəziyyətinə 1019200,2 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 603,5 manat təşkil etmişdir. 2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1639,1 min nəfər olmuşdur. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilmişdir.

Sənaye məhsullarının istehsalçı qiymətləri haqqında

13.07.2017

2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 51,9 faiz, emal sənayesi üzrə 32,8 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 59,6 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 5,0 faiz bahalaşmışdır.

2017-ci ilin iyun ayında may ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 6,0 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 8,0 faiz (xam neft və təbii qaz hasilatı üzrə 8,0 faiz, metal filizlərin hasilatı üzrə 1,7 faiz), emal sənayesi üzrə 0,4 faiz ucuzlaşmış, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 2,2 faiz bahalaşmış, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə istehsalçı qiymətləri sabit qalmışdır. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri elektrik avadanlıqlarının istehsalı üzrə 7,7 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 2,1 faiz, toxuculuq sənayesi üzrə 1,3 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,9 faiz, içki istehsalı üzrə 0,6 faiz, mebel istehsalı və kimya sənayesi üzrə 0,1 faiz bahalaşmış, metallurgiya sənayesi üzrə 3,9 faiz, tütün məmulatlarının istehsalı üzrə 3,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 3,5 faiz, tikinti materiallarının istehsalı üzrə 1,4 faiz, qida məhsullarının istehsalı üzrə 0,7 faiz, neft məhsullarının istehsalı üzrə 0,3 faiz, maşın və avadanlıqların istehsalı və dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə isə 0,2 faiz ucuzlaşmışdır. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməmişdir.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim