AZ    EN
logo
2020-ci ilin yanvar ayında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 6520,2 milyon manat təşkil etmişdir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycana 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar ayında əsas kapitala 996,7 milyon manat vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar ayında 4,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların 3,1 milyard manata bərabər olmuşdur. 2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır. Cari il dekabr ayının 24-ü vəziyyətinə 1019200,2 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 603,5 manat təşkil etmişdir. 2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1639,1 min nəfər olmuşdur. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilmişdir.

2017-ci ilin yanvar-iyun aylarında sənaye istehsalı haqqında

13.07.2017

2017-ci ilin yanvar-iyun aylarında ölkə sənayesində 18,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,4 faiz artmış, neft sektorunda isə 7,2 faiz azalmışdır.

Sənaye məhsulunun 70,1 faizi mədənçıxarma sektorunda, 24,6 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 9,0 faiz, əmtəəlik qaz hasilatı isə 0,2 faiz azalmışdır.

Emal sektorunda qida məhsullarının istehsalı 2,7 faiz, içkilərin istehsalı 30,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,1 dəfə, geyim istehsalı 57,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 82,8 faiz, kağız və karton istehsalı 0,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 22,4 faiz, əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 48,5 faiz, tikinti materiallarının istehsalı 38,5 faiz, kompüter və elektron məhsulların istehsalı 75,7 faiz, elektrik avadanlıqlarının istehsalı 84,2 faiz, maşın və avadanlıqların istehsalı 25,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 18,8 faiz, mebel istehsalı 28,7 faiz artmış, tütün məmulatlarının istehsalı 31,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 55,8 faiz, poliqrafiya məhsullarının istehsalı 36,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,5 faiz,  hazır metal məmulatlarının istehsalı 30,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 55,1 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,9 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,5 faiz azalmışdır.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim