AZ    EN
logo
2020-ci ilin yanvar ayında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 6520,2 milyon manat təşkil etmişdir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycana 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar ayında əsas kapitala 996,7 milyon manat vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar ayında 4,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların 3,1 milyard manata bərabər olmuşdur. 2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır. Cari il dekabr ayının 24-ü vəziyyətinə 1019200,2 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 603,5 manat təşkil etmişdir. 2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1639,1 min nəfər olmuşdur. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilmişdir.

Azərbaycanda demoqrafik vəziyyət

10.07.2017

İlin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə 9843031 nəfərə çatmışdır. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olmuşdur. Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 58217, yaxud hər gün orta hesabla 386 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,5 təşkil etmişdir. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1004-ü əkiz,  21-i üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.

Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,0 uşaq düşür.

Cari ilin yanvar-may ayları ərzində ölkədə 25638 ölüm halı qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,4 təşkil etmişdir.

2017-ci ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23044 nikah və 6207 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olmuşdur.

Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1078 nəfər Azərbaycana gələn,          607 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 471 nəfər təşkil etmişdir.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim