image

Beynəlxalq Əmək Təşkilatında əmək statistiklərinin  regional tədbiri keçirilir

22.06.2017

 

20-23 iyun tarixlərində Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı İsveçrənin Cenevrə şəhərində əmək statistiklərinin 20-ci beynəlxalq konfransına hazırlıq məqsədilə ilə regional tədbiri və məşğulluq statusuna dair yenidən işlənib hazırlanan beynəlxalq təsnifatla bağlı ekspertlərin texniki iclası keçirilir. Tədbirlərə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiri, Beynəlxalq Əmək Təşkilatı İşçi qrupunun üzvü Nemət Xuduzadə qatılıb.

Tədbirlərdə ABŞ, İsrail, Rusiya, Moldova və Aİ-na üzv ölkələrin milli statistika qurumlarının və 3 beynəlxalq təşkilatın (Beynəlxalq Əmək Təşkilatı, Qloballaşan İqtisadiyyatın Qeyri-formal sektorunda Qadınlar (WIEGO), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)) mütəxəssisləri iştirak edirlər.

İclasın əsas məqsədi Avropa və digər region ölkələrin mütəxəssisləri ilə əmək, məşğulluq və işçi qüvvəsindən tam istifadə olunmaması ilə bağlı əmək statistiklərinin 19-cu Beynəlxalq Konfransı tərəfindən qəbul edilmiş qətnamədən irəli gələn yeni standartlar əsasında 1993-cü ildə qəbul edilmiş Məşğulluq statusuna dair beynəlxalq təsnifatın təkmilləşdirilməsi istiqamətində aparılan müzakirələrin davam etdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılmasıdır.

 

22.06.2017