AZ    EN
logo
2020-ci ilin yanvar ayında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 6520,2 milyon manat təşkil etmişdir. 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycana 226,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar ayında əsas kapitala 996,7 milyon manat vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar ayında 4,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların 3,1 milyard manata bərabər olmuşdur. 2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır. Cari il dekabr ayının 24-ü vəziyyətinə 1019200,2 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 603,5 manat təşkil etmişdir. 2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1639,1 min nəfər olmuşdur. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilmişdir.

Dövlət Statistika Komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir

27.11.2015

Noyabrın 26-da Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov Dünya Bankının nümayəndə heyəti ilə görüşmüşdür. Görüşün əsas məqsədi həyata keçirilən Proqrammatik Yoxsulluğun Qiymətləndirilməsi üzrə layihə çərçivəsində yoxsulluğun təhlili və yoxsulluğun azaldılması sahəsində siyasətin müzakirəsi olmuşdur.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov nümayəndə heyətini salamlayaraq, Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasındakı qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirdiyini və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi arzusunda olduğunu bildirmişdir. Öz növbəsində, Dünya Bankının Azərbaycan üzrə meneceri xanım Larisa Leşçenko bu iki təşkilat arasında münasibətlərin uğurlu inkişafından məmnun olduğunu söyləmiş, müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd etmişdir.
Görüş zamanı Tahir Budaqov nümayəndə heyətinə Komitənin fəaliyyəti və gələcəkdə ölkə statistika sisteminin qarşısında duran mühüm vəzifələr haqqında geniş məlumat vermişdir. Eyni zamanda, Azərbaycanda yoxsulluğun aşağı səviyyədə olması, yeni iş yerlərinin açılması və bu istiqamətdə görülmüş işlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılmışdır. O qeyd etmişdir ki, 2000-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi Minilliyin Bəyannaməsində dünya ölkələrində 2015-ci ilədək yoxsulluğun iki dəfə azaldılması hədəf kimi qarşıya qoyulmuşdur. Azərbaycan Respublikasında aparılan uğurlu sosial-iqtisadi islahatlar nəticəsində yoxsulluq səviyyəsi 2001-ci ilə nisbətən 8,4 dəfə azalaraq 49,0 faizdən 2014-cü ildə 5,0 faizə enmişdir. Şübhəsiz ki, yoxsulluğun azalmasında əhalinin gəlirlərinin, əmək haqlarının, təqaüdlərin artması böyük rol oynayır. Qeyd olunan dövrdə ÜDM 4,1 dəfə (o cümlədən adambaşına 3,5 dəfə), orta aylıq əmək haqqı isə 8,5 dəfə artmışdır. Eyni zamanda təhsilin və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi də bu sahəyə öz təsirini göstərir.
Xanım Larisa Leşçenko öz növbəsində Dünya Bankının Azərbaycandakı fəaliyyəti haqqında və növbədə duran işlər haqqında məlumat vermişdir. O vurğulamışdır ki, Azərbaycan Respublikasında 2000-ci ildən başlayaraq Dünya Bankının ekspertləri cəlb olunmaqla beynəlxalq standartlara uyğun metodologiya üzrə ev təsərrüfatlarının tədqiqatı həyata keçirilir. Mütəmadi olaraq Dünya Bankının ekspertləri tərəfindən bu sahədə metodoloji monitorinqlər keçirilir. Dünya Bankı yoxsulluğun azaldılması sahəsində Dövlət Statistika Komitəsi ilə sıx əməkdaşlıq həyata keçirir. Dünya Bankı ilə BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların məlumat bazalarındakı göstəricilər ilə Dövlət Statistika Komitəsinin faktiki göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması sahəsində əməkdaşlıq davam etdirilir.
Sonra görüş iştirakçıları hazırda Dövlət Statistika Komitəsində Dünya Bankı tərəfindən maliyyələşdirilən “Metaməlumatlar sisteminin yaradılması” layihəsi çərçivəsində görülən işlər, məlumatların toplanması və təhlili üzrə əməkdaşlıq istiqamətləri, Dünya Bankı tərəfindən təklif olunan texniki dəstək və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmışdırlar.
Sonda Dünya Bankının Azərbaycan üzrə meneceri xanım Larisa Leşçenko Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqova səmimi qəbula görə minnətdarlığını bildirmişdir.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim