AZ    EN
logo
2020-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12526,0 min ton olmuşdur 2020-ci ilin yanvar-mart aylarında orta aylıq nominal əməkhaqqı 744,5 manat olmuşdur 2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq məhsul satılmışdır. 2020-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 6695,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 103,0 faiz təşkil etmişdir. 2020-ci ilin yanvar-aprel aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 0,2 faiz artmışdır 2020-ci ilin yanvar-aprel aylarında əsas kapitala 0,5 faiz az vəsait yönəldilmişdir. 2020-ci ilin yanvar-aprel aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır. 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 519,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9,2 milyard manatlıq mal satılmışdır. 2020-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1641,5 min nəfər olmuşdur 2019-cu ildə atmosfer havasına atılmış çirkləndirici maddələrin 84,2 faizi avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir. 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin yanvar ayında orta aylıq nominal əməkhaqqı 712,1 manat olmuşdur 2019-cu ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində əvvəlki illə müqayisədə yük daşınmasında 0,2 faiz artım müşahidə edilmişdir. 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 10067108 nəfərə çatmışdır.

Аzərbаycаndа dеmоqrаfik vəziyyət

16.10.2015

Аzərbаycаndа dеmоqrаfik vəziyyət 2015-ci il sentyabr ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9666,0 min nəfərə çataraq ilin əvvəlindən 73,0 min nəfər və ya 0,8 faiz artmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.
Son illər ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və cari ilin yanvar-avqust ayları ərzində doğulanların sayı ölənlərin sayından 71,8 min nəfər çox olmuşdur. Belə ki, cari ilin 8 ayı ərzində ölkədə 109,0 min, yaxud hər gün orta hesabla 449 körpə doğulmuş və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,2 təşkil etmişdir. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olmuşdur. Doğulan körpələrdən 1970-i əkiz, 63-ü isə üçəmdir.
Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,2 uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 8 ayı ərzində 37,2 min ölüm halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalmışdır.
Həmin dövrdə qeydiyyat şöbələri tərəfindən 43,9 min nikah və 8,6 min boşanma halları qeydə alınmışdır. Əvvəlki ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə boşanmaların sayı 1,4-dən 1,3-ə qədər azalmışdır.
Cari ilin yanvar-avqust ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,8 min nəfər gələn və 0,7 min nəfər ölkədən gedən qeydə alınmışdır.

Əlaqə telefonu: 538-51-43

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim