2015-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

15.10.2015

2015-ci ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 40,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,7 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Əlavə dəyərin 34,2 faizi sənayedə, 13,5 faizi tikintidə, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 17,9 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil etmişdir. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2,5 faiz artaraq 4275,2 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-sentyabr aylarında 19,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 62,6 faizi mədənçıxarma sektorunda, 29,4 faizi emal sektorunda, 7,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 1,4 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 4,0 faiz artmış, neft hasilatı isə 2,1 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 3,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 74,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 37,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 97,2 faiz, poliqrafiya məhsullarının istehsalı 76,3 faiz, tikinti materiallarının istehsalı 12,2 faiz, metallurgiya məhsullarının istehsalı 5,1 faiz, hazır metal məhsullarının istehsalı 62,0 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 71,9 faiz, elektrik avadanlıqlarının istehsalı 20,8 faiz, mebel istehsalı 5,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,8 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,2 faiz artmış, neft sektorunda isə 0,7 faiz azalmışdır.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2015-ci il vəziyyətinə 301,5 milyon manatlıq hazır məhsul olmuşdur.
Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Oktyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 915,2 min hektar əkin sahəsinin 914,0 min hektarı biçilmiş və həmin sahələrdən 2782,4 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,6 sentner artaraq 30,4 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 28,5 min hektar dən üçün qarğıdalı sahəsindən 168,2 min ton məhsul götürülmüşdür.
Məhsul yığımı başlanandan oktyabr ayının 1-dək sahələrdən 822,3 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,4 min ton çox kartof, 1172,7 min ton (47,7 min ton çox) tərəvəz, 481,5 min ton (41,6 min ton çox) bostan məhsulları, 533,4 min ton (1000 ton çox) meyvə və giləmeyvə, 111,7 min ton (5,6 min ton çox) üzüm, 556,5 ton (152,3 ton çox) yaşıl çay yarpağı, 40,8 min ton (11,7 min ton çox) şəkər çuğunduru, 2819,6 ton (585,9 ton çox) tütün yarpağı yığılmışdır.
Sahələrdən 14,3 min ton pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilmiş, 18,8 min ton dən üçün günəbaxan yığılmışdır.
Oktyabrın 1-i vəziyyətinə təsərrüfatlarda 2703,9 min baş qaramal və 8743,4 min baş qoyun və keçi mövcud olmuşdur. 2015-ci il yanvarın 1-i ilə müqayisədə qaramal 6,4 min baş, qoyun və keçi isə 98,0 min baş artmışdır.
2015-ci ilin yanvar-sentyabr aylarında 331,4 min ton, yaxud əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 2,0 faiz çox diri çəkidə ət, 1469,5 min ton (3,8 faiz çox) süd, 1157,4 milyon ədəd (0,6 faiz az) yumurta, 16,5 min ton (1,6 faiz çox) yun istehsal olunmuşdur.
Bu dövrdə bitkiçilik məhsulları istehsalının 10,4 faiz, heyvandarlıq məhsulları istehsalının 2,5 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6,7 faiz təşkil etmişdir.
2015-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 11831,2 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz çox vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 7206,4 milyon manatı və ya 60,9 faizi məhsul istehsalı obyektlərinin, 3822,9 milyon manatı (32,3 faizi) xidmət sahələri üzrə obyektlərin, 801,9 milyon manatı (6,8 faizi) isə ümumi sahəsi 1327,4 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6862,9 milyon manatını və ya 58,0 faizini daxili vəsaitlər təşkil etmişdir. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz artaraq 8760,2 milyon manat təşkil etmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına başlanılan 2003-cü ilin IV rübündən bu günə qədər ölkədə 1452,4 min yeni, o cümlədən 1078,5 min daimi iş yeri yaradılmışdır. 2014-cü ildən başlayaraq üçüncü Dövlət Proqramının icrası ilə əlaqədar 215,2 min yeni, o cümlədən 172,7 min daimi iş yeri açılmışdır. 2015-ci ilin 9 ayı ərzində isə ölkədə yaradılmış yeni iş yerlərinin sayı 87,9 min, o cümlədən daimi iş yerlərinin sayı 67,6 min olmuşdur.
Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-sentyabr aylarında 166,1 milyon ton yük və 1380,0 milyon sərnişin daşınmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınması 0,6 faiz, sərnişin daşınması isə 3,6 faiz artmışdır. Yüklərin 3,1 faizi dəniz, 7,8 faizi dəmir yolu, 61,4 faizi avtomobil, 27,7 faizi isə boru kəməri nəqliyyatı ilə daşınmışdır. Sərnişinlərin 88,0 faizi avtomobil, 11,8 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınmışdır. Hesabat dövründə nəqliyyat sektorunda 119,6 milyon ton qeyri-neft yükləri daşınmışdır ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.
Ötən doqquz ay ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1216,6 milyon manatlıq xidmət göstərmişdir ki, onun da 72,7 faizi əhali sektoruna aid olmuşdur. 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 8,8 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2015-ci ilin yanvar- sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 18089,1 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 5111,8 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 11,4 faiz, pullu xidmətlərin həcmi isə 6,2 faiz artmış, ticarət şəbəkəsində 9037,5 milyon manatlıq ərzaq məhsulları, 9051,6 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 14082,2 milyon ABŞ dolları təşkil etmişdir. Əmtəə dövriyyəsinin 8183,5 milyon dollarını və ya 58,1 faizini ölkədən ixrac olunmuş məhsullar, 5898,7 milyon dollarını (41,9 faizini) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 2284,8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin sabit qiymətlərlə həcmi dəyişməyərək eyni səviyyədə qalmış, o cümlədən ixrac 1,5 faiz azalmış, idxal isə 4,2 faiz artmışdır. Ticarət dövriyyəsinin 11,5 faizi MDB üzvü ölkələrinin, 47,2 faizi Avropa İttifaqı ölkələrinin, 41,3 faizi isə digər ölkələrin payına düşmüşdür.
İdxal olunmuş məhsulların həcminin 22,3 faizi MDB üzvü ölkələrinin, 29,6 faizi Avropa İttifaqı ölkələrinin, 48,1 faizi isə digər ölkələrin payına düşmüşdür.
İxrac edilmiş məhsulların həcminin 3,8 faizi MDB üzvü ölkələrinə, 60,0 faizi Avropa İttifaqı ölkələrinə, 36,2 faizi isə digər ölkələrə göndərilmişdir.
Yanvar-avqust aylarında qeyri-neft məhsullarının ixracının həcmi əvvəlki ilin eyni dövrünün göstəricisini 8,7 faiz üstələyərək 1078,9 milyon dollar təşkil etmişdir.
Avqust ayı ilə müqayisədə sentyabr ayında ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz bahalaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə sabit qalmışdır. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz bahalaşmışdır.
2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-sentyabr aylarında ərzaq məhsullarının qiymətləri 6,0 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 3,0 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,1 faiz bahalaşmışdır. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,7 faiz bahalaşmışdır.
Yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 460,1 manat təşkil etmişdir.
2015-ci ilin yanvar-sentyabr aylarında əhalinin nominal gəlirləri 5,8 faiz artaraq 30,1 milyard manata çatmışdır. Gəlirlərin 75,6 faizi son istehlaka, 9,4 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 12,1 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 10,7 milyard manat vəsait daxil olmuş, büdcədən 10,8 milyard manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 127,0 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,35 faizi səviyyəsində olmuşdur. Büdcə xərclərinin 4,6 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 2,6 milyard manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 3,6 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilmişdir.
Mərkəzi Bankın məlumatlarına görə, 2015-ci il sentyabr ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 20,1 milyard manat təşkil etmiş, onun 78,5 faizi və ya 15,77 milyard manatı uzunmüddətli kreditlər olmuşdur. Kreditlərin həcmi 2014-cü il sentyabr ayının 1-i ilə müqayisədə 16,1 faiz artmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,6 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 2015-ci il sentyabr ayının 1-nə 7,3 milyard manat təşkil etmişdir.
Sentyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,05 manata (ilin əvvəlindən 1,00 manata), 1 Avroya-1,18 manata (1,11), 100 Rusiya rubluna-1,58 manata (1,70) bərabər olmuşdur.
İlin əvvəlindən əhalinin sayı 73,0 min nəfər və ya 0,8 faiz artaraq 2015-ci il sentyabr ayının 1-i vəziyyətinə 9666,0 min nəfərə çatmışdır.

Makroiqtisadi göstəricilər

Göstəricilər 2015-ci ilin yanvar-sentyabr ayları faktiki, milyon manat 2015-ci ilin yanvar- sentyabr ayları 2014-сü ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə Məlumat üçün:
2014-cü ilin yanvar-sentyabr ayları 2013-сü ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul 40 678,4 103,7 102,5
o cümlədən:
qeyri-neft ÜDM 27 969,9 106,4 106,0
əhalinin hər nəfərinə düşən həcmi, manat 4 275,2 102,5 101,2
Sənaye məhsulu 19 715,5 102,1 99,4
o cümlədən qeyri-neft sənayesi 5 633,8 110,2 106,0
Əsas kapitala yönəldilmiş vəsaitlər 11 831,2 100,5 100,2
o cümlədən tikinti-quraşdırma işlərinə 8 760,2 106,0 108,5
Kənd təsərrüfatı məhsulu 4 813,0 106,7 96,3
o cümlədən: bitkiçilik 2 715,9 110,4 91,0
heyvandarlıq 2 097,1 102,5 103,0
Nəqliyyat sektorunda yük daşınması, milyon ton 166,1 100,6 102,1
o cümlədən qeyri-neft yüklərinin daşınması 119,6 101,8 103,3
Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin 1 380,0 103,6 105,0
İnformasiya və rabitə xidmətləri 1 216,6 108,8 112,6
Pərakəndə ticarət dövriyyəsi 18 089,1 111,4 109,4
Əhaliyə göstərilən pullu xidmətlər 5 111,8 106,2 106,4
Dövlət büdcəsinin gəlirləri 10 667,0 x) 86,0 xx) 96,3 xxx)
Dövlət büdcəsinin xərcləri 10 794,0 x) 94,1 xx) 98,7 xxx)
Dövlət büdcəsinin kəsiri 127,0 - -
Əhalinin gəlirləri 30 122,8 105,8 105,4
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 3 165,9 104,5 104,0
Əhalinin banklardakı əmanətləri, 2015-ci il 01 sentyabr vəziyyətinə 7 320,3 104,7 114,8
Kredit qoyuluşları, 2015-ci il 01 sentyabr vəziyyətinə 20 095,8 116,1 119,7
o cümlədən vaxtı keçmiş kreditlər 1 333,6 142,1 122,8
Orta aylıq əmək haqqı, manat 460,1 x) 104,4 xx) 105,9 xxx)
Yeni iş yerləri, vahid 87876 87,8 122,0
o cümlədən daimi 67589 82,2 133,9
İstehlak qiymətlərinin indeksi x 103,7 101,5
Əhalinin sayı, min nəfər, 2015-ci il 01 sentyabr vəziyyətinə 9 666,0 101,2 101,3
Statistika məlumatı1):
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 17 608,2 x) 99,7 3) 94,1 4)
o cümlədən:ixrac 11 709,5 x) 98,6 3) 99,1 4)
idxal 5 898,7 x) 104,2 3) 78,3 4)
Gömrük məlumatı2):
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 14 082,2 x) 100,0 3) 90,3 4)
o cümlədən: ixrac 8 183,5 x) 98,5 3) 95,7 4)
ondan qeyri-neft ixracı 1 078,9 x) 108,7 3) 97,2 4)
idxal 5 898,7 x) 104,2 3) 78,3 4)
Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunmuş, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar daxil edilmişdir.
2) İxrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilmişdir.
3) 2015-ci ilin yanvar-avqust ayları 2014-cü ilin yanvar- avqust aylarına nisbətən, müqayisəli qiymətlərlə;
4) 2014-cü ilin yanvar-avqust ayları 2013-cü ilin yanvar- avqust aylarına nisbətən, müqayisəli qiymətlərlə;
x) 2015-ci ilin yanvar- avqust ayları;
xx) 2015-ci ilin yanvar- avqust ayları 2014-cü ilin yanvar- avqust aylarına nisbətən;
xxx) 2014-cü ilin yanvar- avqust ayları 2013-cü ilin yanvar- avqust aylarına nisbətən.