logo
2019-cu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19932,8 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 24,2 milyard manata bərabər olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artmışdır. 2019-cu ilin yanvar-avqust aylarında əsas kapitala 8627,2 milyon manat vəsait yönəldilmişdir. 2019-cu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 587,7 manat olmuşdur. 2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,6 faiz bahalaşmışdır. Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,7 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 585,2 manat olmuşdur. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 1410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Belçikanın Brüssel şəhərində təşkil olunmuş “Biznes registr üzrə ekspertlər qrupunun iclası”nın yekunları barədə

12.10.2015


Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Statistika işlərinin əlaqələndirilməsi şöbəsi müdirinin müavini Toğrul Əcəlov cari ilin 21-23 sentyabr tarixlərində Brüsseldə BMT-nin Avropa İqtisadi Komissiyası, Avrostat, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən birgə təşkil edilmiş biznes registri üzrə ekspertlər qrupunun iclasında iştirak etmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd statistik biznes registr sahəsində metodoloji və praktiki yeniliklərlə bağlı ölkə təcrübələrinin yayılması, biznes registrinin keyfiyyətinin yaxşılaşdırılması və beynəlxalq müqayisəliliyinin təmin edilməsindən ibarət olmuşdur.
İclasda təşkilatçı qurumlardan və dəvət olunmuş 55 ölkədən biznes registr üzrə 97 mütəxəssis iştirak etmişdir.
Tədbirin 1-ci və 2-ci hissələri “Müxtəlif məlumat mənbələrinin statistik biznes registrlə inteqrasiyasından alınan sahibkarlıq məlumatları” və “Statistik biznes registrin ticarət məlumatları ilə inteqrasiyası”na həsr olunmuşdur.
Bu sessiyalarda biznes demoqrafiya, statistik biznes registrinin və digər mənbələr əsasında sahibkarlıq məlumatlarının alınması, sahibkarlığın ölçülməsində biznes registrinin və ev təsərrüfatları məlumatlarının müqayisəli təhlili, statistik biznes registrinin ticarət məlumatları ilə birləşdirilməsinə dair sorğunun nəticələri, birbaşa xarici investisiyalara dair məlumatların biznes registrlə inteqrasiyası və s. mövzulara dair təqdimatlar edilmişdir.
Tədbirin 3-cü və 4-cü hissələri “Geo-məkan informasiya sistemindən istifadə - müqayisə metodları və təcrübə” və “Statistik məhsul və xidmətlərin təkmilləşdirilməsində biznes registrlərin rolu – GSBPM, GSİM, məlumatların saxlanması, yeni məlumat mənbələri, Böyük Məlumatlar ”ın müzakirəsinə həsr olunmuşdur.
Tədbirin sonuncu 5-ci hissəsi açıq məlumatlar və istifadəçilərin tələblərinə əsaslanaraq statistik biznes registrin mövcud problemləri kimi məsələləri əhatə etmişdir. Sessiyada Finladiyada “Açıq məlumatlar”, Avrostatın “Avro Registrlər Grupu”nun proqram təminatının interfeysi və iclasın ekspertləri tərəfindən müasir dövrdə registrlərə olan tələbat, onların keyfiyyətinin artırılması, istifadəçilərin tələbləri, informasiya texnologiyalarının müasirləşdiyi dövrdə onlardan statistik biznes registrində istifadə olunması və s. məsələlərə dair yekun fikirlər söylənilmişdir.
Sonda “Statistik biznes registrin aparılması qaydaları”na dair yeni hazırlanmış kitabın təqdimatı olmuşdur. Təqdimatda daha keyfiyyətli və detallı iqtisadi statistikaya artan tələbat, eyni zamanda statistik istehsalın daha effektiv olması məsələləri müzakirə edilmişdir.

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim