AZ    EN
logo

2015-ci ilin yanvar - avqust aylarında ümumi daxili məhsul istehsalı

17.09.2015

2015-ci ilin yanvar-avqust aylarında ölkədə 36,0 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
ÜDM-in 34,6 faizi sənayedə, 13,4 faizi tikintidə, 6,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal olunmuş, 37,7 faizi isə xidmət sahələrinin payına düşmüşdür. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil etmişdir.
Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 7,3 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 57,7 faizdən 68,4 faizədək yüksəlmişdir. Ümumi daxili məhsulun 31,6 faizi isə neft sektorunun payına düşmüş, bu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 0,1 faiz azalmışdır.

Əlaqə nömrəsi: 5387450

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim