AZ    EN
logo

2015-ci ilin avqust ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

16.09.2015

2015-ci ilin avqust ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 18,4 faiz, emal sənayesi üzrə 2,5 faiz ucuzlaşmış, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat; su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələrində isə qiymətlərdə dəyişiklik baş verməmişdir. Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 15,8 faiz ucuzlaşmışdır.
Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 18,5 faiz, metal filizlərinin hasilatı üzrə 4,0 faiz ucuzlaşmış, digərlərinin qiymətləri isə sabit qalmışdır.
Ay ərzində emal sənayesində istehsalçı qiymətləri neft məhsullarının istehsalı üzrə 4,8 faiz, kimya sənayesi üzrə 1,9 faiz, metallurgiya sənayesi üzrə 1,0 faiz, tikinti materiallarının istehsalı üzrə 0,8 faiz ucuzlaşmış, kompyuter və digər elektron avadanlıqlarının istehsalı üzrə 1,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,1 faiz, kağız və kartonun istehsalı üzrə 0,3 faiz bahalaşmışdır. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Əlaqə telefonu: 538-52-72

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim