AZ    EN
logo
2019-cu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,6 faiz bahalaşmışdır. 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2418,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilmişdir. 2019-cu ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 22340,7 milyon ABŞ dolları təşkil etmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında əsas kapitala 10146,2 milyon manat vəsait yönəldilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində 27,6 milyard manatlıq məhsul satılmışdır. 2019-cu ilin yanvar-sentyabr aylarında 34,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 58464,2 milyon manatlıq ümumi daxili məhsul istehsal edilmişdir. 2019-cu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 589,3 manat olmuşdur. 2019-cu il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1611,1 min nəfər təşkil etmişdir. Ölkə əhalisinin sayı 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdır. 2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox yol-nəqliyyat hadisəsi baş vermişdir. 2019-cu ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25141,6 min ton, yük dövriyyəsi isə 5301,0 milyon ton-km olmuşdur. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır.

2015-ci ilin yanvar-iyul aylarında sənayenin işi haqqında

14.08.2015

2015-ci ilin yanvar-iyul aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 15,8 milyard manatlıq məhsul istehsal olunaraq 3,5 faizlik artım qeydə alınmışdır. Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-iyul aylarının səviyyəsini 14,7 faiz, neft-qaz sektorunda isə 0,1 faiz üstələmişdir.
Sənaye məhsulunun 63,8 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 24,5 milyon ton neft, 11,9 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilmişdir. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 28,5 faizini təşkil etmiş və qida, kağız və karton, poliqrafiya, neft məhsullarının, kimya, tikinti materiallarının, mebel, metallurgiya, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə edilmişdir.
İstehsal edilmiş sənaye məhsulunun 6,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Ümumi sənaye istehsalının 88,1 faizi malların (əmtəələrin), 11,9 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 76,7 faizi özəl bölmədə istehsal olunmuşdur.

Tel. 539-87-17

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim