AZ    EN
logo
2021-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 692,3 manat olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında əsas kapitala 2365,2 milyon manat məbləğində, vəsait yönəldilmişdir. 2021-ci ilin yanvar-mart aylarında 11,0 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2021-ci ilin yanvar-mart aylarında ölkədə 18 921,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. 2021-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-mart aylarına nisbətən 103,9 faiz təşkil etmişdir. 2021-ci ilin yanvar-mart aylarında istehlakçılara 9,5 milyard manatlıq məhsul satılmışdır. 2021-ci ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 4515,0 milyon ABŞ dolları təşkil etmişdir. 2021-ci il mart ayının 1-nə əhalinin sayı 10127127 nəfər olmuşdur. 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. 2020-ci ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi ümumilikdə 809,5 min ton təşkil etmişdir. 2020-ci ildə mehmanxanaların gəlirləri 116,8 milyon manat olmuşdur Hörmətli vətəndaşlar! Məlumat üçün bildiririk ki, koronavirus infeksiyası ilə əlaqədar Dövlət Statistika Komitəsində vətəndaş müraciətlərinin qəbulu yalnız elektron formada (sc@stat.gov.az) və telefon vasitəsilə (+99412-539-82-39) həyata keçirilir.

Аzərbаycаndа dеmоqrаfik vəziyyət

13.04.2015

2015-ci il mart ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı 9611,7 min nəfərə çataraq ilin əvvəlindən 18,7 min nəfər və ya 0,2 faiz artmışdır.
Ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.
Son illər ərzində ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və cari ilin yanvar-fevral ayları ərzində doğulanların sayı ölənlərin sayından 18,5 min nəfər çox olmuşdur. Belə ki, cari ilin ilk iki ayı ərzində ölkədə 27,9 min, yaxud hər gün orta hesabla 473 körpə doğulmuş, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,2 təşkil etmişdir. Doğulanların 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarından ibarət olmuşdur. Körpələrin 514-ü əkiz, 15-i isə üçəm doğulmuşdur.
Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.
İlin əvvəlindən ölkədə 9,4 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 7,0-dan 6,1-ə qədər azalmışdır.
Cari ilin iki ayı ərzində rəsmi orqanlar tərəfindən ölkədə 11,1 min nikah və 2,1 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,4 təşkil etmişdir.
Cari ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 227 nəfər gələn və 119 nəfər ölkədən gedən qeydə alınmışdır.

Tel: 538-51-43

un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim