home envelope sitemap
logo
Əmək bazarına dair göstəricilər. İşsizlik.
I. Metodoloji təyinat

  • İşsizlik statistikası üç meyara əsaslanır, hansılar baxılan dövrdə eyni vaxtda ödənilməlidir: "işsizdir", "iş axtarır" və "işə istənilən vaxta başlamağa hazırdır".
      İşsizlərə baxılan dövr ərzində 15 və yuxarı yaşda olan aşağıdakı şəxslər aid edilir:
    • "işi olmayanlar", yəni muzdla yaxud öz müəssisəsində işləməyənlər;
    • hesabat dövrü ərzində muzdlu əməyə yaxud öz muəssisəsində "istənilən vaxtda işə başlamağa hazır olanlar";
    • "iş axtarmaqla məşğul olanlar", yəni dövlət və ya kommersiya məşğulluq xidmətinə müraciət edənlər, müəssisənin müdriyyətinə və ya işəgötürənə bilavasitə müraciət edənlər, şəxsi əlaqələrdən istifadə edənlər, yaxud öz işini təşkil etməyə addım atanlar və başqaları.
      Aşağıdakı əhali qrupları işsizlərə aid deyil:
    • 15 yaşa qədər şəxslər;
    • pensiya alanlar;
    • ilk dəfə iş axtaranlar;
    • azadlıqdan məhrumetmə cəzasını çəkənlər;
    • mülkiyyətində torpaq payı olanlar;
    • Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər;
    • əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
    • Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.
  •  
  • Təsnifat
    İqtisadi fəaliyyət növü – Avropa Birliyində İqtisadi Fəaliyyətin Əsas Sahə Təsnifatı (NACE) üzrə qurulmuş İqtisadi Fəaliyyət Növlərinin Milli Təsnifatı əsasında təyin edilir.
    Peşə - Məşğulluğun Beynəlxalq Standart Təsnifatı (ISKO-88) əsasında hazırlanmış Milli Məşğulluq Təsnifatı ilə təyin edilir.
    Məşğul əhalinin status üzrə bölgüsü Beynəlxalq Standart Məşğulluq Statusu Təsnifatı əsasında təyin edilir. Təhsil – Təhsilin Beynəlxalq Standart Təsnifatı (ISCED 97) əsasında hazırlanmış Azərbaycanın Milli Təhsil Təsnifatı ilə təyin edilir.

II. Məlumatların əhatəsi

  • * Sahə üzrə əhatə. Bütün iqtisadi fəaliyyət növləri üzrə statistik vahidlər daxil olunur, hansılar üçün məşğulluğun səviyyəsi qiymətləndirilir.
    * Peşə əhatəsi. Milli Məşğulluq Təsnifatına uyğun olaraq həyata keçirilir.
    * Coğrafi əhatə. Ölkənin bütün iqtisadi rayonları, işğal olunmuş ərazilər istisna olmaqla.
    * Əhatə olunan əhali. Ölkədə daimi yaşayan 15 və yuxarı yaşda olan şəxslər, o cümlədən müvəqqəti 6 aya qədər xaricə gedənlər.
    Əhatə olmayanlar:
    • 15 yaşı tamam olan şəxslər;
    • 6 aydan artıq xaricdə olan şəxslər;
    • həqiqi hərbi xidmətdə olan şəxslər;
    • xəstəxanalarda 6 ay və ondan çox müalicə olunanlar;
    • məhkəmənin qərarına görə cəza çəkənlər;
    • əcnəbilər.
    * Əhatə olunan mövzular. Məşğulluq, natamam məşğulluq, faktiki iş vaxtı, məşğulluğun müddəti, əmək fəaliyyəti ilə məşğul olmayan işçilər, müvəqqəti işçilər, məşğulluq statusu, işçinin cinsi, təhsilin və ixtisasın səviyyəsi, əlavə iş.
    * işsizliyin müşahidəsinə dair hesabat dövrü:
    • müayinə üzrə bir həftə;
    • il ərzində işsizliyə dair müşahidə həyata keçirilir.

III. Mühasibat uçotunun qaydaları

  • * Bazis dövrü: rüb.

IV. Bazis məlumatlarının xarakteristikası

  • * Seçimin həcmi və strukturu. Hər rüb 4725 ev təsərrüfatı.
    * Seçimin məcmusu. İldə 18900 ev təsərrüfatı.
    * Seçimin təzələnməsi. Hər rüb 100 faiz dəyişdirilir.
    * Məlumatların yığılması.
  •  
    • məlumatların əldə olunması üçün istifadə olunan sorğu növü. Sorğu vərəqəsində qələmlə.
    • yerlərdə işin davamiyyəti. 30 gün.
    • məlumatların toplanması dövrü. 25 gün.
    • statistik müayinə AzDövlətStatKomun əmək statistikası şöbəsi aparır yerli statistika orqanlarının iştirakı ilə.

V. Məlumatların hazırlanmasına dair təcrübə

  • Məşğulluq statistikasını qiymətləndirmək üçün istifadə olunan düsturlar.
    Məşğulluğun səviyyəsini hesablamaq üçün istifadə olunan düstur:
  •  
  • Sm - məşğulluğun səviyyəsi,   M - məşğulluq,    İf - iqtisadi fəal əhali
  •  
  • İşsizliyin səviyyəsini hesablamaq üçün istifadə olunan düstur:
  •  
  • Si - işsizliyin səviyyəsi   İ - işsizlik,    İf - iqtisadi fəal əhali

VI. Digər aspektlər

  • * Çatışmayan mənaların əks olunması. Əhali tam əhatə olunub, cavab verməyən olmur.
  • * Siyahıda olan uçot vahidlərinin əvəz edilməsi. Son seçməyə düşmüş vahidlər əvəz olunmurlar.
  • * Mövsüm ilə əlaqədar aparılan düzəlişlər. Əldə olunan nəticələrdə mövsüm ilə bağlı heç bir düzəliş aparılmır.
  • * Məlumatların yenidən baxılması siyasəti. Məşğulluq üzrə yekun məlumatlardır və onların dəyişilməsi barədə əlavə olaraq məlumat veriləcək.

VII. Keyfiyyət

Sənədlərin metodologiyası:
  • Dövlət Statistika Komitəsinin nəşr etdiyi külliyatlarda məşğulluq haqqında məlumat onun metodoloji təyinatı ilə, anlayışlarla və izahatlarla müşahidə olunur. Hər il nəşr olunan "Azərbaycanın statistik göstəriciləri" və "Əmək bazarı" məcmuələrində göstəricilərə dair qısa metodoloji izahatlar verilir. İstifadə olunan metodologiya Beynəlxalq Əmək Təşkilatının tövsiyələri əsasında qurulub.
  • Məlumatların əsaslandırılmasını təsdiq etmək və çarpazlaşma nəzarətə dəstək verilməsi üçün: Məşğulluq statistikası üzrə geniş məlumatlar öz əksini "Azərbaycanın statistik göstəriciləri" və "Əmək Bazarı" məcmuələrində tapır. Bu məcmuələrdə fəaliyyət növləri, cins, yaş qrupları və mülkiyyət üzrə məlumatlar çap olunur.

VIII. Təkmilləşmə ilə əlaqədar planlar

  • Təkmilləşmə ilə əlaqədar yaxın vaxta görülmüş işlər:
    • 1. 2005-ci ilin mart ayında "Uşaq əməyindən istifadə edilməsinə dair" ev təsərrüfatlarında seçmə statistik müayinə keçirilmişdir.
    • 2. 2006-cı ilin noyabr ayında "Qadın və uşaq əməyindən istifadə edilməsinə dair" ev təsərrüfatlarında seçmə statistik müayinə keçirilmişdir.
    • 3. 2008-ci il avqust ayında Bakı şəhəri üzrə "Gənclərin (30 yaşadək) iqtisadi fəallığına dair" ev təsərrüfatlarında seçmə statistik müayinə keçirilmişdir.
    • 4. 2009-cu ilin oktyabr ayında "Ev təsərrüfatlarının qeyri-rəsmi əmək fəaliyyətinə dair" seçmə statistik müayinə keçirilmişdir
      5. Qısamüddətli planlar:
    • Hər rüb 4725 ev təsərrüfatlarında "Əhalinin iqtisadi fəallığına dair" seçmə statistik müayinə keçiriləcəkdir.
      Ortamüddətli planlar:
    • 6. Sağlamlıq imkanları məhdud olan şəxslərin iqtisadi əmək fəaliyyətinə cəlb olunması şərtləri barədə statistik müayinənin keçirilməsi nəzərdə tutulub.
      Texniki yardım/Maliyyə tələbatı/Digər şərtlər:
      Qısamüddətli:

      Yuxarıda qeyd olunan fəaliyyət Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin öz gücü hesabına həyata keçiriləcək.
kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim