AZ    EN
logo
Əmək bazarına dair göstəricilər. Əmək haqqı.
I. Metodoloji təyinat

Orta əmək haqqı
  • İstehsalat vahidlərinin işçi qüvvəsi tərəfindən göstərilən xidmətin orta qiyməti işçilərin orta əmək haqqı ilə ölçülür. Əmək haqqı ümumi ödəmələrə aiddir (qanunvericiliyə uyğun olaraq vergilər və digər tutulmalar çıxılmadan göstərilir) və işlənilmiş vaxta görə işəgötürən tərəfindən pulla ödənilən mükafatdır.
    Orta aylıq əmək haqqına pul və natura formasında aşağıda göstərilən ödəmələr daxil edilir:
    • işlənilmiş və işlənilməmiş vaxta görə günəmuzd işçilərin əmək haqqı;
    • illik və birdəfəlik həvəsləndirici ödəmələr; işəmuzd işçilərin əmək haqqı və işlənilməmiş vaxta görə ödəmələr;
    • iş vaxtından artiq vaxtda görülən işə, gecə vaxtı, çoxnövbəli iş rejiminə və bayram günlərində görülən işə görə əlavələr;
    • fasiləsiz iş stajina və xüsusi ixtisasa görə əlavələr;
    • rayon tənzimlənməsi ilə şərtləndirilən, dağlıq və ağır iqlim şəraitinə görə əlavələr;
    • əlverişsiz, ağır, zərərli, habelə xüsusilə ağır və zərərli əmək şəraitində işə görə əlavələr.
    Natura formasında ödənilən əmək haqqı – bazar qiymətləri ilə axırıncı tarixi qeyd olunmaqla işçilərə verilmiş ərzaq yaxud malların (işin, xidmətin) dəyərini təsvir edir, bu malların (işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən tənzimlənirsə, onda pərakənd qiymətləri əsasında hesablanır.

Əmək haqqı indeksı
  • Ay ərzində işçi qüvvəsi tərəfindən göstərilən xidmətin qiyməti aylıq əmək haqqının və məvacibin indeksını təmsil edir və o, müəssisə, fəaliyyət növü, mülkiyyət növü, iqtisadi region və ölkə üzrə pul və natura formasında məvacib və əmək haqqından əldə olunan gəlirə, miqdarı isə ay üzrə işlənilmiş vaxta bərabərdir.
  • Dövlət Sosial Fonduna işçilərin sosial müdafiəsi və pensiya təminatı üçün işəgötürənlər hesablanmış əmək haqqı fondunun 22-i faizini köçürürlər. Eyni zamanda, həmin fonda işçilərin əmək haqqının 3 faizi köçürilir.

Təsnifat
  • İqtisadi fəaliyyət növü – Avropa Birliyində İqtisadi Fəaliyyətin Əsas Sahə Təsnifatı (NACE) üzrə qurulmuş İqtisadi Fəaliyyət Növlərinin Milli Təsnifatı əsasında təyin edilir.
  • Peşə - Məşğulluğun Beynəlxalq Standart Təsnifatı (ISKO-88) əsasında hazırlanmış Milli Məşğulluq Təsnifatı ilə təyin edilir.
  • Məşğul əhalinin status üzrə bölgüsü Beynəlxalq Standart Məşğulluq Statusu Təsnifatı əsasında təyin edilir.
  • Təhsil – Təhsilin Beynəlxalq Standart Təsnifatı (ISCED 97) əsasında hazırlanmış Azərbaycanın Milli Təhsil Təsnifatı ilə təyin edilir.

II. Məlumatların əhatəsi

  • * Sahə üzrə əhatə. İqtisadi fəaliyyət növləri üzrə statistik vahid qrupları daxil edilir.
    * Peşə əhatəsi. Milli Məşğulluq Təsnifatına uyğun olaraq həyata keçirilir.
    * Coğrafi əhatə. Ölkənin bütün iqtisadi rayonları, işğal olunmuş ərazilər istisna olmaqla.
    * Əhatə olunan əhali. Ölkədə daimi yaşayan 15 və yuxarı yaşda olan və müzdla işləyən şəxslər, o cümlədən müvəqqəti 6 aya qədər xaricə gedənlər.
    Əhatə olmayanlar:
    • 6 aydan artıq xaricdə olan şəxslər;
    • həqiqi hərbi xidmətdə olan şəxslər;
    • xəstəxanalarda 6 ay və ondan çox müalicə olunanlar;
    • məhkəmənin qərarına görə cəza çəkənlər.
    * Əhatə olunan mövzular. Məşğulluq, natamam məşğulluq, faktiki iş vaxtı, məşğulluğun müddəti, əmək fəaliyyəti ilə məşğul olmayan işçilər, müvəqqəti işçilər, məşğulluq statusu, işçinin cinsi, ixtisasın səviyyəsi, əlavə iş.

III. Mühasibat uçotunun qaydaları

  • Qiymətlərin müşahidə olunan vaxtı. İri müəssisələr üzrə hər ay, kiçik müəssisələr üzrə hər rüb.
  • Qiymətlərin növü.
    • * məşğulluq - ay ərzində;
    • * işçilərə ödənilən əmək haqqının ümumi məbləği;
    • * məşğulluğun təməli – tam iş günü;
    • * iş vaxtından artıq əlavə vaxtda işləməyə görə ödənişlər - əsasən istehsal sahəsində.

IV. Bazis məlumatların səciyyəsi

  • * Çəkinin mənbəyi. Müəssisə və təşkilatlar tərəfindən təqdim olunan statistik hesabatlar, seçmə sahə müayinələri.
  • * İndeksın cari çəkisinin dövrü. Bir rüb.
  • * İdarə, müəssisələrin seçimi. Müəssisələrin registri var və hansı ki, ildə iki dəfə aktuallaşdırılır.
  • * Məlumatların toplanması:

  • müəssisə və təşkilatlardan statistik hesabatların yığılması;
  • hesabat ayı üzrə iri müəssisələr hesabatı hesabat ayından sonrakı ayin 15-nə kimi, kiçik müəssisələr hesabat rübü üzrə - hesabat rübündən sonrakı ayın 18-dək təqdim edirlər;
  • iri müəssisələr üzrə - 13 gün (hesabat dövründən sonra 28-ci gün), kiçik müəssisələr üzrə - 13 gun (hesabat dövründən sonra 28-ci gün);
  • statistik müşahidələrlə daimi məşğul olan təşkilat – yerli statistika orqanlarıdır, ehtiyac yaranarsa əlavə işçi ştatı tutula bilər.

V. Məlumatların hazırlanmasına dair təcrübə

  • * Sadə indekslərın hesablanması. Müəssisənin (təşkilatın) və ya iqtisadiyyatın sahəsi üzrə çalışan işçilərin əmək haqqı indeksi orta kəmiyyətlərin nisbəti ilə səciyyələnir və müəssisə və ya iqtisadiyyatın sahəsi üzrə əmək haqqı fondunun məbləğini işçilərin orta siyahı sayına bölməklə tapılır. Əldə olunan indekslər işçi qüvvəsi tərəfindən göstərilən xidmətin orta çəkili qiymət indeksini əks edir.
  • * Aqreqat düsturu. Laspeyresin düsturu.
  • * Aqreqatın düsturu. Fəaliyyət növləri üzrə.
  • * Dəyər çəkisinin dövrü və bazis dövrün (indeks göstəriciləri) razılaşdırılması. Belə düzəlişlər aparılmır.
  • * Keçmiş illərin indekslərini yeniləşdirilmiş çəki indeksləri ilə uyğunlaşdırılması. Tətbiq edilmir.
  • * Hesabaalma dövrü. Əvvəlki il və ya da əvvəlki ilin dövrü.

VI. Digər aspektlər

  • * Məlumatların yenidən baxılma siyasəti. Əmək haqqı barədə rüb üzrə məlumat sondur və yenidən baxılmır.

VII. Keyfiyyət

Sənədlərin metodologiyası:
  • Dövlət Statistika Komitəsinin nəşr etdiyi külliyatlarda əmək haqqında məlumat onun metodoloji təyinatı ilə, anlayışlarla və izahatlarla müşahidə olunur. Hər il nəşr olunan "Azərbaycanın statistik göstəriciləri" və "Əmək bazarı" məcmuələrində göstəricilərə dair qısa metodoloji izahatlar verilir. İstifadə olunan metodologiya Beynəlxalq Əmək Təşkilatının tövsiyələri əsasında qurulub.
  • Məlumatların əsaslandırılmasını təsdiq etmək və çarpazlaşma nəzarətə dəstək verilməsi üçün: Məşğulluq statistikası üzrə geniş məlumatlar öz əksini "Əmək Bazarı" məcmuəsində tapır. Bu məcmuədə fəaliyyət növləri, cins, yaş qrupları və mülkiyyət üzrə məlumatlar çap olunur.

VIII. Təkmilləşmə ilə əlaqədar planlar

Təkmilləşmə ilə əlaqədar yaxın vaxtda görülmüş işlər:
  • 1. 2006-cı ilin sentyabr ayında "İşəgötürən tərəfindən işçi qüvvəsinə sərf olunan xərclərə dair" müəssisə və təşkilatlarda seçmə statistik müayinə keçirilmişdir.
  • 2. 2006-cı ilin noyabr ayında "Oktyabr ayında tam iş vaxtı işləmiş işçilərin peşə və vəzifələr üzrə orta aylıq əmək haqqına dair" müəssisələrdə və təşkilatlarda seçmə statistik müayinə keçirilmişdir.
  • 3. 2007-ci ilin noyabr ayında "Oktyabr ayında tam iş vaxtı işləmiş işçilərin peşə və vəzifələr üzrə orta aylıq əmək haqqına dair" müəssisə və təşkilatlarda seçmə statistik müayinə keçirilmişdir.
  • 4. 2008-ci ilin noyabr ayında "Oktyabr ayında tam iş vaxtı işləmiş işçilərin peşə və vəzifələr üzrə orta aylıq əmək haqqına dair" müəssisə və təşkilatlarda seçmə statistik müayinə keçirilmişdir.
  • 5. 2008-ci ilin mart-aprel aylarında 2007-ci il üzrə "Əmək haqqının tərkibinin öyrənilməsi"nə dair müəssisə və təşkilatlarda müayinə keçirilmişdir.
  • 6. 2009-cu ilin may-iyun aylarında "İş vaxtına dair" müəssisə və təşkilatlarda birdəfəlik seçmə statistik müayinə keçirilmişdir.
  • 7. 2009-ci ilin noyabr ayında "Oktyabr ayında tam iş vaxtı işləmiş işçilərin peşə və vəzifələr üzrə orta aylıq əmək haqqına dair" müəssisə və təşkilatlarda seçmə statistik müayinə keçirilmişdir.

Qısamüddətli planlar:
  • 8. 2010-cu ilin noyabr ayında "Oktyabr ayında tam iş vaxtı işləmiş işçilərin peşə və vəzifələr üzrə orta aylıq əmək haqqına dair" müəssisələrdə və təşkilatlarda seçmə statistik müayinənin keçirilməsi nəzərdə tutulub.

Ortamüddətli planlar:
  • 9. "İş vaxtının indikatorlarının BƏT-ın meyarlarına tam uyğunlaşdırılmasına dair" seçmə statistik müayinənin keçirilməsi nəzərdə tutulub.

Texniki yardım/Maliyyə tələbatı/Digər şərtlər:
Qısamüddətli:
  • Yuxarıda qeyd olunan fəaliyyət Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin öz gücü hesabına həyata keçiriləcəkdir.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim