home envelope sitemap
logo
Məlumatlar: əhatəlik, dövrülük və vaxtlı-vaxtında olma

Əhatəliyin xarakteristikası Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi bütün Azərbaycan ərazisi üzrə (2005-ci il = 100) modifikasiya edilmiş Laspeyres düsturuna əsasən hesablanılır. Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi iqtisadi fəaliyyət növlərinin (NACE təsnifatı) aşağıdakı bölmələri üzrə: B «Mədənçıxarma sənayesi» ; C « Emal sənayesi»; D «Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat»; E «Su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi» və daha böyük yarım siniflərə, siniflərə, yarımqruplara və qruplara bölünməklə hesablanılır. Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi həm iqtisadi fəaliyyət növləri, həm də məhsul növləri üzrə hazırlanır. Milli məcmu göstəricilər səhifəsində iqtisadi fəaliyyət növlərinə əsaslanan istehsalçı qiymətləri indeksi (SQİ) göstərilir.
Mövcud SQİ hazırdakı sənaye istehsalının 67 faizini əhatə edən 472 müəssisənin məlumatları əsasında hazırlanır. 2018 mövqe üzrə qiymət məlumatları aylıq olaraq hər ayın 20-dən 25-nə kimi yığılır. SQİ-nin seçmə çərçivəsində mövcud meyarlara cavab verə bilən müəssisələrin 67 faizini əhatə olunur, bundan sonra isə meyarlara və məlumatlara heç bir düzəliş edilmir.
Mövcud sənaye məhsulları istehsalçılarının qiymət indeksi 472 müəssisə tərəfindən təqdim olunmuş 2018 sənaye məhsulunun qiymət məlumatları əsasında hesablanır (591 məhsulun modifikasiyası). Qiymətlər barəsində yığılmış məlumatlar istehsalçının bazar satışı ilə əlaqədar olan dəyər göstəricisini əks etdirir və hesabat təqdim edən müəssisələrin əməliyyatları haqqında məlumatları göstərir.
Çəkilər illik olaraq dəyişdirilir və hər bir ilin dekabr ayı ilə yanvar ayı arasında zəncirvari metodla əlaqələnir.
İndekslərin aqreqatlaşdırılmış çəkiləri sənaye müəssisələrinin illik müayinəsi əsasında alınan ümumi istehsaldakı nisbi payları əks etdirir. Bu müayinə 2785 müəssisəni əhatə edir.
Kateqoriya/İndeksdəki nisbi çəki

Kod Mövqe Çəki
06 Xam neft və təbii qaz hasilatı 77,56
07 Metal filizlərin hasilatı 0,002
08 Mədənçıxarma sənayesinin digər sahələri 0,14
09 Neft və təbii qaz hasilatı ilə əlaqədar yardımçı xidmətlər 1,46
10 Qida məhsullarının istehsalı 1,58
11 İçki istehsalı 0,47
12 Tütün məmulatlarının istehsalı 0,08
13 Toxuculuq sənayesi 0,13
14 Geyim istehsalı 0,07
15 Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 0,06
16 Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı 0,01
17 Kağız və karton istehsalı 0,03
18 Poliqrafiya fəaliyyəti və yazılmış məmulatların daşıyıcılara çoxaldılması 0,11
19 Koks və təmizlənmiş neft məhsullarının istehsalı 8,28
20 Kimya sənayesi 0,72
21 Əczaçılıq məhsullarının istehsalı 0,002
22 Rezin və plastmas məmulatların istehsalı 0,17
23 Digər qeyri-metal mineral məhsulların istehsalı 1,27
24 Metallurgiya sənayesi 1,22
25 Maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı 0,67
26 Kompyuter elektron və optik məhsulların istehsalı 0,15
27 Elektrik avadanlıqların istehsalı 0,13
28 Maşın və avadanlıqların istehsalı 0,31
29 Avtomobil qoşqu və yarımqoşquların istehsalı 0,01
30 Sair nəqliyyat vasitələrinin istehsalı 0,07
31 Mebellərin istehsalı 0,1
32 Sair sənaye məhsullarının istehsalı 0,02
33 Maşın və avadanlıqların quraşdırılması və təmiri 0,38
34 Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava və təchizat 4,46
35 Suyun yığılması, təmizlənməsi və paylanması 0,3

Mövsümi amillər nəzərə alınmaqla məlumatlarda düzəlişlər edilmir.
Dövrülük Aylıq
Vaxtlı-vaxtında olma İstehsalçı qiymətləri indeksinin mütəmadi və vaxtlı-vaxtında hesablanması hesabat ayından sonrakı ayın 10-dan 15-dək aparılır.

İctimayyət tərəfindən məlumatların əldə edilməsi imkanları

Məlumatların buraxılış təqviminin ilkin yayılması Məlumatların buraxılış təqvimi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin WEB səhifəsində göstərilir.
Bütün istifadəçilər üçün məlumatlardan eyni vaxtda istifadə etmək imkanı Məlumatlar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin WEB səhifəsi, həmçinin, press-reliz və daimi nəşrlər vasitəsilə:
1) Aylıq bülleten «Sənaye sahələrində qiymətlərin səviyyəsi və dinamikası»
2) İllik statistik məcmuə «Azərbaycanda qiymətlər»
3) Dövlət Statistika Komitəsinin aylıq məruzəsi «Sosial-iqtisadi inkişaf»
Dürüstlük
Respondentlərin fərdi məlumatlarının məxfiliyi də daxil olmaqla rəsmi statistikanın hazırlanması müddətləri və şəraiti barədə məlumatların yayılması Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının rəsmi statistika haqqında qanununa (Milli Məclisin 18 fevral 1994-cü il tarixli 790№-li qərarı) əsasən istehsalçı qiymətləri indeksini (İQİ) hesablayır və yayır.
Qanunun I maddəsi İQİ-nin hazırlanması və yayılması zamanı zəruri olan mənbə və metodların müstəqil seçilməsi üçün hüquqi əsasları müəyyən edir.
Qanunun II maddəsi rəsmi statistikanın hazırlanmasında məsul orqan kimi Dövlət Statistika Komitəsinin olduğunu məyyən edir.
Qanunun V maddəsində Dövlət Statistika Komitəsinin aşağıdakı məsələlər üzrə cavabdehlik daşıdığı bildirilir:
(1) geniş ictimai maraq kəsb edən statistik məlumatların yayılması;
(2) statistik məlumatların obyektivliyinə və dürüstlüyünə zəmanət;
(3) hazırlanmış məlumatların vaxtında, keyfiyyətlə və dəqiq yerinə yetirilməsinin təmin edilməsi.
Qanunun XI maddəsi Dövlət Statistika Komitəsinə təqdim olunmuş məlumatların məxfiliyinə zəmanət verir.
Azərbaycan Respublikasının rəsmi statistika haqqında qanunu həm azərbaycan həm də ingilis dilində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin WEB-səhifəsində yerləşdirilmişdir.
Nəşrdən əvvəl hökumət orqanları tərəfindən məlumatların əldə edilməsi qaydaları Nəşrdən əvvəl hökumət orqanları məlumatları əldə etmək imkanına malik deyildirlər.
Statistik məlumatların nəşri ilə bağlı digər nazirliklərin rəyi Statistik məlumatlar digər nazirliklərin rəyi nəzərə alınmadan nəşr edilir.
Göstəricilərin dəqiqləşdirilməsi və metodologiyada ciddi dəyişikliklər edilməsi ilə bağlı məlumatların təqdim olunması

Göstəricilər birinci dəfə yayılarkən ilkin göstəricilər hesab edilir. Müvafiq nəşrlərdə İQİ barədə məlumatlar yenidən baxılmaya məruz qalacaq məlumatlar kimi göstərilir.
Göstəricilərin dəqiqləşdirilməsi dövrü 1 ilə bərabərdir. Dəqiqləşdirilmiş göstəricilər nəşrdə əks olunur. Dövlət Statistika Komitəsi metodologiyada, məlumatların mənbələrində və hesablama metodologiyasında baş verən əhəmiyyətli dəyişikliklər barədə əvvəlcədən xəbər verir. İstehsalçı qiymətləri indeksinin hesablanması metodologiyasında baş verən dəyişikliklər Dövlət Statistika Komitəsinə məxsus WEB səhifənin “Metodoloji izahatlar” bölməsində, “Sosial-iqtisadi inkişaf” adlı aylıq məruzədə, həmçinin, digər metodoloji işlərdə yerləşdirilir. http://www.stat.gov.az/menu/7/

Keyfiyyət
Statistik göstəricilərin hazırlanması zamanı istifadə olunan mənbələr və metodologiyalar barədə sənədlərin yayılması Metodologiyalar barədə qısa məlumat Dövlət Statistika Komitəsinin aşağıdakı daimi nəşrlərində göstərilir:
1. aylıq bülleten «Sənayedə qiymətlərin dinamikası və səviyyəsi»
2. illik statistik məcmuə «Azərbaycanda qiymətlər»
3. Dövlət Statistika Komitəsinin aylıq məruzəsi «Sosial-iqtisadi inkişaf»
İstehsalçı qiymətləri indeksinin hesablanması zamanı istifadə olunan mənbələr və metodologiyalar barədə məlumatları məsul şəxsə müraciət edərək əldə etmək olar.
Komponentlər, göstəricilərin yoxlanmasının nəticələri, göstəricilərin əsaslandırılmasının təsdiqi və statistik tutuşdurulmanın təmin edilməsi üçün statistik əsaslar barədə məlumatların yayılması Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi həm bütövlükdə Azərbaycan, həm iqtisadi fəaliyyət növlərinin (NACE)B, C, D və E bölmələri, həm də daha böyük yarım siniflərə, siniflərə, yarımqruplara və qruplara bölünməklə hazırlanır. Göstəricilər aşağıdakı nəşrlərdə çap edilir:
  • «Azərbaycanın statistik göstəriciləri»;
  • «Azərbaycanda qiymətlər»;
  • «Azərbaycan rəqəmlərlə»
  • «Sənayedə qiymətlərin dinamikası və səviyyəsi» adlı aylıq bülleten

I. Analitik əsas, anlayış, müəyyən etmə və təsnifat

  • Müəyyən etmə: Bütün istehsal vahidləri və yarımqruplar üzrə kəmiyyət və keyfiyyətin sabit qaldığı zaman qeydə alınmış əmtəə dəstinin qiymətlərinin dəyişmə ölçüsü.
  • Təsnifat: Müəssisələrin iqtisadi fəaliyyət növləri üzrə təsnifatlaşdırılması zamanı NACE nomenklaturasının 5-rəqəmli milli variantından, əmtəələrin təsnifatlaşdırılması zamanı isə PRODCOM nomenklaturasının genişləndirilmiş 10-rəqəmli variantından istifadə olunur.

II. Məlumatların əhatə olunması

  • Sahələrin əhatə olunması: Sənaye məhsullarının istehsalçı qiymətləri indeksi neft sektoru da daxil olmaqla mədənçıxarma sənayesini, emal sənayesini, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizatı və suyun yığılması, təmizlənməsi və paylanmasını əhatə edir.
  • Məhsulların əhatə olunması: Mövcud müəssisə üzrə buraxılmış məhsulun ümumi həcminin 70%-dən az olmamaq şərti ilə məhsullar əhatə olunur. Daha sonra bu müəssisənin bütün istehsal fəaliyyəti növlərini əhatə edən məmulatların (əməliyyatların) reprezentativ seçimi həyata keçirilir. Hətta müəssisənin əsas fəaliyyətinə müvafiq olaraq 5-rəqəmli kateqoriya çərçivəsinə daxil olmayan məmulatlar (əməliyyatlar) belə seçilir. Cari seçmədə 591 adda məhsulun müşahidəsi 2018 mövqe üzrə müxtəlif məhsul çeşidlərini özündə əks etdirir. Əgər buraxılan məhsul həm ixrac olunur, həm də daxili bazarda satışa çıxarılırsa, onda həmin məhsul əvvəlki ildəki satış həcmləri nəzərə alınmaqla iki məhsul növü kimi qeydə alınır.
  • Coğrafi əhatəlik: - Bütün ölkə əhatə olunur.

III. Mühasibat uçotunun normaları

  • Qiymətlərin müşahidə olunma vaxtı: 2018 mövqe üzrə qiymət məlumatları aylıq olaraq hər ayın 20-dən 25-nə kimi dövrü əhatə edir.
  • Hesabatda əks olunma dövrü: Qiymətlər faktiki ödəmə vaxtından asılı olmayaraq əməliyyat anı qeydə alınır.
  • Qiymət tipləri: Yığılmış qiymət məlumatlarına məhsula olan vergilər, maya dəyərinə aid edilməyən daşınma xərcləri nəzərə alınmadan axırıncı satış anındakı qiymətlər daxil edilir. Bu məlumatlar hesabat təqdim edən vahidlərin əməliyyatları da daxil olmaqla istehsalçıların bazar satışları ilə əlaqədar olan dəyər göstəricilərini əks etdirir.
  • Məcmu/xalis əsasda uçot qaydaları: Əlaqəli müəssisələr arasındakı əməliyyatlar məcmu əsasda qeydə alınır.

IV. Məlumatların əsas mənbələrinin xarakteri

  • Çəkilərin mənbəyi: Məhsul indeksləri üçün çəkilər hər bir məhsul növünün əvvəlki ildəki satışına, iqtisadi fəaliyyət növləri indekslərinin çəkiləri isə ehtiyyatların dəyişməsi də daxil olmaqla ümumu buraxılış həcminə əsaslanır.
  • İstifadə olunan çəkilərin dövrü: 2010-cu il üçün istehsalçı qiymətləri indeksinin hesablanması zamanı 2008-ci ilin bazis çəkilərindən istifadə olunur.
  • Çəkilərin yeniləşmə dövrü: Çəkilər hər il yeniləşdirilir və dekabr ilə yanvar ayları bir-biri ilə zəncirvari metodla əlaqələndirilir. Ayrı-ayrı müəssisələr barədə məlumatı özündə birləşdirən müəssisələrin müayinə göstəricilərini il ərzində əldə etmək olar. Bu isə öz növbəsində əvvəlki ilin dekabr ayındakı qiymət dəyişmələri və iki il əvvəl olan məhsul dəyərlərinə əsaslanmış çəkilər strukturundan istifadə etməklə İstehsalçı qiymətləri indeksini hər il yeniləşdirməyə imkan verir. Məsələn, 2010-cu ilin İstehsalçı qiymətləri indeksi 2008-ci ilin yekunları üzrə müayinə məlumatlarının 2009-cu ilin dekabr ayındakı qiymətlərlə təshih edilməsinə əsasən hesablanmışdır.
  • Müəssisələrin seçilməsi: Reprezentativ müəssisələr optimal seçmə metodu ilə sənaye müəssisələrinin istehsal həcmləri əsasında seçilir. Seçmə Dövlət Statistika Komitəsinin sənaye şöbəsinin göstəricilərinə və müəssisələrin qeydiyyatı barədə məlumatlara əsasən aparılır. Dövlət Statistika Komitəsi müəssisələrin rəsmi qeydiyyatı məlumatları əsasında yeniləşən kompleks reyestr aparır. Bundan əlavə, Vergilər Nazirliyi tərəfindən ayrı-ayrı müəssisələrin siyahısı təqdim olunur. Istehsalın dəyər ifadəsində həcmi və işçi qüvvəsi barədə aylıq, xərclər barədə rüblük və məcmu gösrəricilər barədə illik məlumat verən bütün iri və orta (işçi sayı 50-dən çox olan) müəssisələr müayinəyə daxil edilir. Bu müayinələrə bir sıra xırda müəssisələrin rüblük müayinəsi də əlavə edilir. Birgə və xarici mülkiyyətə aid olan müəssisələr də müayinə zamanı əhatə olunur.
  • Məhsulların/əməliyyatların seçilməsi: qeydiyyat üçün seçilmiş məhsullarda reprezentativlik meyarı kimi mövcud olduqları istehsal qrupundakı məhsul buraxılışının çəkisi çıxış edir.
  • Məhsulların/əməliyyatların səciyyəsi: məhsullun/əməliyyatın səciyyəsinin detallaşdırılma səviyyəsi beynəlxalq 8-rəqəmli PRODCOM təsnifatı əsasında genişləndirilmiş 10-rəqəmli milli məhsul təsnifatı üzrə 10 rəqəmdən ibarətdir.
  • Seçmənin həcmi: 2018 mövqe üzrə qiymət məlumatları aylıq olaraq hər ayın 20-dən 25-nə kimi yığılır. Hazırda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi seçmə çərçivəsində mövcud meyarlara cavab verə bilən müəssisələrin 62 faizi əhatə olunur, bundan sonra isə meyarlara və məlumatlara heç bir düzəliş edilmir. Mövcud SQİ sənaye istehsalının 67%-ni əhatə edən 472 müəssisə tərəfindən təqdim olunmuş məlumatlar əsasında hesablanır.
  • Qiymət məlumatlarının yığılması metodları: Müəssisələrə şəxsən baş çəkmə, poçt vasitəsilə hesabat formalarının göndərilməsi, elektron poçt vasitəsilə və faks vasitəsilə həyata keçirilir. Qiymətlərin qeydiyyatı kağız blanklarda aparılır.

V. Göstəricilərin tərtib edilməsi təcrübəsi

  • Aşağı səviyyəli indekslərin hesablanması: Aşağı səviyyəli indekslər seçməyə daxil olan hər bir məhsul növünün fərdi indeksi kimi hesablanır (məhsul vahidinin hesabat ayındakı qiyməti əvvəlki aydakı məhsul vahidinin qiymətinə bölünür). Fərdi indekslərin aqreqatlaşdırılması məhsulun əvvəlki ildəki sənaye istehsalının göstəriciləri əsasında həyata keçirilir.
  • Aqreqatlaşdırma düsturu: İndeksin hesablanması üçün modifikasiya edilmiş Laspeyres düsturundan istifadə edilir.
  • Aqreqatlaşdırma strukturu: Məhsulların qiymət indeksləri sahələr üzrə aqreqatlaşdırılır.
  • Dəyər çəkiləri ilə baza dövrünün əlaqələndirilmiəsi: Çəkilər hər il olaraq yeniləşdirilir və dekabr ilə yanvar ayı bir-biri ilə zəncirvari metodla əlaqələndirilir.
  • Yeni çəkilərlə hesablanmış indeksin digər dövrlərlə əlaqəsi: Çəkilərin illik olaraq dəyişilməsi indekslərin hesablanmasına və onların fasiləsizliyinə heç bir təsir etməməlidir. Bunun üçün indekslər arasında əlaqələr (hər bir dekabr ilə yanvar arasında) yaradılır ki, bu zaman ardıcıl dinamik sıralar yaradılır və ilkin hesablanma nöqtəsi üçün baza seçilir.
  • Bazis dövrü: 2005-ci il=100%

VI. Digər aspektlər

  • Olmayan məhsulların qiymətlərinin uçotu: Olmayan qiymətlər digər anoloji məhsulların qiymətləri ilə əvəzlənərək hesablanılır və bütün əvəzlənmiş məhsullar hər il əhatə dairəsinə daxil edilir. Məhsul təsnifatının geniş spektri qiymət dəyişmələrinin lazımi uçotunu aparmağa imkan verir.
  • Əvəzetmə üçün mövqelərin seçilməsi: Mövcud modifikasiya həmişəlik satışdan çıxarılanda əvəzləmə üçün yeni modifikasiya götürülür. Yeni əməliyyatın qiyməti köhnə əməliyyatın qiyməti ilə birbaşa uyğun olmadığı üçün yeni əməliyyatın köhnə əməliyyatın mövcud olduğu dövrə aid qiymətini əldə etmək lazımdır. Bundan sonra müəyyən dövrdə bu əmələyyatlar arasında baş verən dəyişikliklər qiymətləndirilir.
  • Müxtəlif keyfiyyətlərin nəzərə alınması ilə təshih etmə: Hazırki dövrə qədər keyfiyyətin təshih edilməsi aparılmır.
  • Yeni məhsulların daxil edilməsi: Struktura yeni məhsullar çəkilər yeniləşənə qədər daxil edilmir.
  • Mövsümi mövqelər: Respublikanın sənaye istehsalı üçün fasilələr və mövsümi malların satışı xarakterik olmadığı üçün mövsümi malların uçotu aparılmır.
  • Qiymətlərin yoxlanılması: İstehsalçı qiymətləri indeksi ilə istehlak qiymətləri indeksi bir-biri ilə tutuşdurulur və analoji meyllərlə xarakterizə olunur. Müəssisələrin müayinəsinin məqsədi tam əhatəliliyi təmin etməkdir. Hesabatdakı məlumatlar Dövlət Statistikası Komitəsi tərəfindən yığılan digər məlumatlarla mümkün qədər yoxlanılır. İqtisadi fəaliyyət növü üzrə İstehsalçı qiymətləri indeksi ilə məhsul növü üzrə İstehsalçı qiymətləri indeksi arasına daxili uyğunluq olduğu üçün onların dinamikası arasında ziddiyyətlər mövcud olmur.
  • Məlumatların işlənməsinin yoxlanılması: Məlumatlar bazasının yaradılması və hər il çəkilərin dəyişməsi zamanı hər bir müəssisə üzrə avtomatik nəzarət həyata keçirilir və müşahidə üçün seçilmiş bütün əmtəələrin satış həcmlərinin cəmi müqayisə olunur. Reprezentativ seçmədə bütün NACE kateqoriyalarının və çəkilər sistemindəki fərqlərin mövcudluğu yoxlanılır. İstehsalçı qiymətləri indeksinin iki növdə hesablanmasından sonra (NACE və PRODCOM təsnifatları üzrə) bütün aqreqasiya səviyyələrində olan indekslərin dinamika cədvəlləri təhlil edilir. Sahələr və məhsul növləri üzrə olan məcmu indekslər arasındakı kənarlaşmalar 1%-dən yuxarı olmur.
  • Mövsümi amillərin nəzərə alınması ilə təshih edilmiş indekslər: İstehsalçı qiymətləri indeksinin mövsümi dəyişikliklər ilə bağlı yenidən hesablanması həyata keçirilmir.
kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim