home envelope sitemap
logo
Əhali, doğum və ölüm: Məlumatların Yayılmasının Xüsusi Standartları üçün qısa metodologiya

Ölkə: Azərbaycan
Mövzu: əhali

  • I. Əsaslar, konsepsiyalar və təsnifatlar
    Əsaslar
    • 1. Əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanları:
      – 22.02.1996-cı il tarixli, 422 №-li "1999-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında";
      – 07.06.2006-cı il tarixli, 415 №-li "2009-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında".
    • 2. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 №-li Qərarı.
      Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası, eləcə də əhalinin siyahıyaalınmasının keçirilməsinin müddət və prinsipləri BMT-nin tövsiyələrinə uyğundur.

  • II. Məlumatların əhatəliyi
    Coğrafi əhatəlik
    • Məlumatlar, Ermənistan tərəfindən işğal olunmuş ərazilər istisna olmaqla, ölkənin bütün ərazisini əhatə edir.

  • III. Baza məlumatlarının xarakteristikası
    Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
    • Ermənistan tərəfindən işğal olunmuş ərazilər istisna olmaqla, ölkənin bütün ərazisini əhatə edir. Dövlət Statistika Komitəsi əhalinin təbii hərəkəti haqqında məlumatları (doğum, ölüm, nikahın bağlanması və pozulması haqqında) Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib və Dövlətstatkoma təqdim olunan müvafiq aktların ikinci nüsxələrində olan məlumatların statistik cəhətdən hər il işlənib hazırlanması nəticəsində əldə edilir.
    •  
    • Nikahın bağlanması və pozulması tarixi Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydiyyatdan keçmə tarixi hesab edilir.

    Əhalinin siyahıyaalınması
    • 13-22 aprel 2009-cu il tarixində Azərbaycan Respublikasının ərazisində Əhalinin İkinci Milli Siyahıyaalınması keçirildi (ilk siyahıyaalınma 1999-cu ildə keçirilmiş, əvvəlki siyahıyaalmalar isə SSRİ-nin tərkibində hər 10 ildən bir keçirilirdi). Ermənistan tərəfindən işğal olunmuş ərazilər istisna olmaqla, siyahıyaalma xüsusi hazırlanmış və təlimatlandırılmış intervüerlər tərəfindən sorğu yolu ilə ölkənin bütün ərazisində keçirildi. Siyahıyaalma anketinə doğumla bağlı iki sual daxil edilmişdir: "qadın neçə uşaq doğub" və "onlardan neçəsi sağdı".
    •  
    • BMT-nin tövsiyələrinə uyğun olaraq, Azərbaycanda əhalinin növbəti siyahıyaalması 10 ildən sonra keçiriləcəkdir.

    Ev təsərrüfatlarının statistik müayinəsi
    • Müayinə mütəmadi olaraq rübdə bir dəfə 4250 ev təsərrüfatında təsərrüfat üzvlərinin sorğu olunması yolu ilə keçirilir. Seçmənin miqdarı ölkə üzrə ev təsərrüfatlarının 0,25%-ni təşkil edir. Müayinə anketlərində doğumla bağlı suallar yoxdur.

  • IV. Məlumatların tərtib edilməsinin təcrübəsi.
    • Əhalinin sayı haqqında məlumatlar əhalinin siyahıyaalınması, əhalinin təbii və miqrasiya (DİN-in müvafiq orqanları tərəfindən təqdim olunur) hərəkətləri haqqında məlumatlarına və eyni zamanda inzibati-ərazi dəyişikliklərinə əsaslanır. Bu məlumatlar əsasında əhalinin sayının cari qiymətləndirilməsi həyata keçirilir.
    • Ölkə üzrə əhalinin sayı aylıq, iqtisadi və inzibati rayonlar üzrə isə rüblük hesablanır.
kişisel blog
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim