home envelope sitemap
logo
2017-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1527,7 min nəfər olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 19,0 milyard manata bərabər olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25650,8 min ton, yük dövriyyəsi isə 5385,6 milyon ton-km olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8728,8 milyon manat vəsait yönəldilmişdir. İlin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə 9843031 nəfərə çatmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz bahalaşmışdır 2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7138,6 milyon manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilmişdir. 2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2017-ci ilin birinci yarısında ölkədə 31310,6 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.
İstehlak qiymətləri

Məlumat: Əhatəlilik, Dövrülük və Vaxtlı-vaxtında olma
Əhatəlilik xüsusiyyətləri İstehlak qiymətləri indeksi, Laspeyres düsturuna əsasən (2005=100) 54 şəhər və region üzrə hesablanılır. Rayon indeksləri hesablanarkən xüsusi çəki kimi hər bir rayon üzrə əhalinin istehlak xərclərindən istifadə edilir. Hazırda 565 adda əmtəə və xidmətlərin qiymət məlumatlarından istifadə olunur. (Ərzaq-148, qeyri-ərzaq-304 və xidmətlər 113). Təqribən 130000 qiymət təyinetmələri hər ay 54 İQİ rayonlarında toplanılır. Qiymət müşahidələri təqribən 9000 ticarət obyektində, o cümlədən də təqribən 3000-i paytaxtda olmaqla aparılır. Qeyd olunmuş qiymətlərə ƏDV, aksiz vergisi və digər birbaşa vergilər daxildir. İndeksdə istifadə olunan çəkilər sistemi ev təsərrüfatları müayinəsi məlumatlarından alınır və ildə bir dəfə olmaqla aprel ayında təzələnir. Ona görə də yanvar ayı üçün indekslər yeni çəkilərin istifadəsi ilə yenidən hesablanır Qiymətlərin üçdə ikisi şəhər mərkəzlərində hər bənd üçün qeydə alınır və dörddə üçü şəhərlərdən kənarda qeydə alınır. Qiymət təyin etmələrin ən böyük sayı (8-10) ərzaq bəndləri üçün toplanılır və ən kiçik sayı isə yarım qrup icarə, su, istilik və elektrik üçün toplanılır. Digər qruplar olduqda orta hesabla 6-7 qiymət təyin etmələri əldə edilir.
Dövrülük Aylıq hesabat
Vaxtlı-vaxtında olma Növbəti ayın 3-cü günü
İctimaiyyət üçün mümkünlük
Məlumatların buraxılış təqviminin qabaqcadan yayılması Məlumatların buraxılış təqvimi Dövlət Statistika Komitəsinin veb səhifəsindən əldə edə bilər.
Bütün istifadəçilər üçün məlumatlardan eyni vaxtda istifadə etmək imkanı Məlumatlar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəs inin veb səhifəsi, həmçinin, press-reliz və daimi nəşrlər vasitəsilə:
1) Aylıq bülleten «Qiymətlər və qiymət indeksləri»
2) İllik statistik məcmuə «Azərbaycanda qiymətlər»
3) Dövlət Statistika Komitəsinin aylıq məruzəsi «Sosial-iqtisadi inkişaf»
Dürüstlük
Respodentlərin fərdi məlumatlarının məxfiliyi də daxil olmaqla rəsmi statistikanın hazırlanması müddətləri və şəraiti barədə məlumatların yayılması Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının "Rəsmi statistika haqqında" Qanununa (Milli Məclisin 18 Fevral 1994-cü il tarixli 790№-li qərarı) əsasən istehlak qiymətləri indeksini (İQİ) hesablayır və yayır.
Qanunun I maddəsi İQİ-nin hazırlanması və yayılması zamanı zəruri olan mənbə və metodların müstəqil seçilməsi üçün hüquqi əsasları müəyyən edir.
Qanunun II maddəsi rəsmi statistikanın hazırlanmasında məsul orqan kimi DSK-nın olduğunu müəyyən edir.
Qanunun V maddəsində DSK aşağıdakı məsələlər üzrə cavabdehlik daşıyır:
(1)geniş ictimai maraq kəsb edən statistik məlumatların yayılması
(2) statistik məlumatların dürüstlüyünə və obyektivliyinə zəmanət
(3)hazırlanmış məlumatların vaxtında, keyfiyyətlə və dəqiq yetirilməsinin təmin edilməsi
Statistika Qanununun VI-cı maddəsi DSK-nin inzibati qeydləri, hüquqi şəxslər tərəfindən hazırlanmış digər məlumatları o cümlədən AMB(Milli Bank) və nazirliklər tərəfindən hazırlanmış məlumatları əldə edə bilmə imkanına zəmanət verir; bu həmçinin DSK-ya səlahiyyət verir ki, sifarişli iqtisadi vahidlərindən və ev təsərrüfatlarından, o cümlədən kommersiya tipli sirli məlumatlardan məlumat əldə etsin.
Qanunun XI-ci maddəsi DSK-nə təqdim olunmuş məlumatların məxfiliyinə zəmanət verir. Müayinə formaları aydınlıqla təsdiq edir ki, hesablanmış məlumatlar qanuna görə məxfi saxlanılır. Azərbaycan Respublikasının "Rəsmi statistika haqqında" Qanunu ingilis dilində DSK-nın veb səhifəsində yerləşdirilmişdir.
Nəşrdən əvvəl hökumət orqanları tərəfindən məlumatların əldə edilməsi qaydaları Nəşrdən əvvəl hökumət orqanları məlumatları əldə etmək imkanına malik deyillər.
Statistik məlumatların nəşri ilə bağlı digər nazirliklərin rəyi Statistik məlumatlar digər nazirliklərin rəyi nəzərə alınmadan nəşr edilir.
Statistik məlumatların nəşri ilə bağlı nazirliklərin rəylərinin öyrənilməsi Xəbər buraxılışları ümumiyyətlə DSK tərəfindən təchiz olunmuş qısa izahatlarla verilir. Ardıcıl DSK nəşrləri arasında məlumatların yayılması ümumiyyətlə DSK tərəfindən təchiz olunmuş izahatlarla verilir. Siyasətçilər, nazirlər və KİV rəylər hazırlayır və onlar danışıqlarında və elanlarında DSK-nın məlumatlarına güvənirlər.
Yoxlama barədə məlumatların təminatı və metodologiyada əsas dəyişikliklər edilməsi ilə bağlı məlumatların təqdim olunması Göstəricilər yayılarkən adətən yayımda son məlumatlardan istifadə olunur. Ilkin məlumatlar nəşr olunanda onlar aşağıdakı kimi müəyyənləşir.
İQİ seriyalarına düzəlişlər olunmur. Əgər düzəlişlər olunarsa o zaman bildiriş təqdim edilir. Dəyişikliklər təqdim olunan vaxtı metodologiyadakı əsas dəyişikliklər barədə ictimaiyyətə məlumat verilir.
Keyfiyyət
Statistik göstəricilərin hazırlanması zamanı istifadə olunan mənbələr və metodologiyalar barədə sənədlərin yayılması Metodologiya barədə yekun məlumat Sosial–İqtisadi İnkişaf məcmuəsində hər ay nəşr olunur. Bundan əlavə DSK tərəfindən hazırlanan Statistika Bülletenlərində aylıq nəşr olunur. Metodoloji qeydlər həmçinin İllik Statistika Məcmuəsində də nəşr olunur.
Əlaqə saxlanılan şəxs tərəfindən istək olarsa İQİ-ni tərtib etmək üçün istifadə olunan metodologiya barədə məlumatlar və mənbələrin əldə olunması mümkündür.
Komponentlər, göstəricilərin yoxlanmasının nəticələri, göstəricilərin əsaslandırılmasının təsdiqi və statistik tutuşdurulmanın təmin edilməsi üçün statistik əsaslar barədə məlumatların yayılması Hər punkt və qruplar üzrə dolğun məlumat DSK-nin statistik nəşrlərində çap olunur.
Şəxsi mənzillər istisna olmaqla İQİ milli hesablarla uyğulaşır.
Aylıq, İllik, rüblük birləşmələr bir-birilə uyğun gəlir və yararlıdır.

  • Şərti işarələr:
  • Son yerləşdirilmə: BVF heyəti tərəfindən DSBB –yə dair bu metadatalara edilən son yeniləşmənin tarixi
  • Son təsdiq olunma: abunəçilərin bu metadataların son dəfə dəqiqliyini rəsmi cəhətdən təsdiq etmə tarixi
  • Son yeniləşmə: abunəçinin BVF-a bu metadataların yeniləşdirilməsinin son yoxlanma tarixi

I. Analitik əsas, anlayış, müəyyən etmə və təsnifat

  • Müəyyən etmə: müəyyən əmtəə və xidmətlərin növündəki tam dəyişikliklərin nisbi ölçüsü və ya istehlakçı "səbəti"orta istehlaka əsaslanır.
  • Təsnifat: COİCOP-a görə məhsulların istehlakı təsnifatlaşdırılır:
    o İnstitutsional vahidlər və sövdələşmələr COİCOP-a əsaslanan yeddi rəqəmli milli təsnifat sisteminə müvafiq olaraq təsnifatlaşdırılır. Bu sistem 1993 cü il Milli Hesablar Sistemi üçün istifadə olunmuş beynəlxalq səviyyədə tövsiyyə olunan 4 rəqəmli sistemdən ibarətdir.(1993 MHS)
  • Beynəlxalq təlimatlarla əlaqə: İstifadə olunmuş anlayış və müəyyən etmələr ümumiyyətlə Beynəlxalq Əmək Təşkilatı, BVF, BMT və digər təşkilatlar tərəfindən müəyyən olunmuş və beynəlxalq səviyyədə qəbul olunmuş standartlar ilə uyğunluq təşkil edir.

II. Məlumatların əhatə olunması

  • Əhalinin əhatə olunması: Ev təsərrüfatlarının Büdcə Müayinəsi (EBM)Azərbaycanlı olmayan vətəndaşların başçılıq etdiyi evlər istisna olmaqla Azərbaycandakı fərdi ev təsərrüfatlarının bütün sakinlərini əhatə edir. Şəxsi istehlak və biznes fəaliyyətləri üçün ayrı-ayrı məlumatlarla birlikdə bizneslə məşğul olan ev təsərrüfatları da daxildir. İnternat evləri, həbsxanalar, hərbi kazarmalar kimi qeyri şəxsi ev təsərrüfatları istisnalıq təşkil edir. EBM-si bütün ev təsərrüfatlarının 95%-ni əhatə etməklə qiymətləndirilir.
  • Coğravi əhatəlilik: Qiymətlərin müşahidəsi ölkənin bütün şəhər və rayonları üzrə aparılır. Beləliklə də indeks Azərbaycanın tam qiymət dəyişikliyini əks etdirir. Müayinə həm şəhər həm də kənd yerlərini əhatə edir.
  • Təmsilçi malların əhatəliliyi: Qiymətlərin müşahidəsi bütün ölkə üzrə vahid səbət əsasında aparılır. Təmsilçi malların seçimi zamanı əhali tərəfindən daha çox istehlak olunan əmtəə və xidmətlərə üstünlük verilir.
    DSK yeni yeddi rəqəmli genişlənmiş COİCOP təsnifat sisteminə əsaslanan yeni indeks üçün bazar səbət mövqelərinin yeni siyahısını inkişaf etdirib. Yeni CPİ istehlak səbəti üçün əmtəə və xidmətlərin bu yeni siyahısına 565 əmtəə və xidmətlər daxildir. Qeyd olunmalıdır ki, İQİ üçün istehlak səbəti mövqelərinin siyahısı 2010-cu il yanvar ayında təqdim olunan indeksdən bəri yeniləşdirilməmişdi.

III. Mühasibat uçotunun normaları

  • Qiymətlərin müşahidə olunma vaxtı : Qiymətlər ərzaq məhsulları üzrə ongünlük, qeyri-ərzaq və xidmətlər üzrə isə aylıq toplanılır.
  • Qiymətlərin tipləri: İQİ çəkilərinin əsası olan EBM və İQİ qiymət topluları özləri bazar alıcılarının qiymətlərindəki istehlakı ölçürlər.Qiymətləndirmə alıcıların qiymətlərində, o cümlədən şəxsi istehlak üçün istehsalda aparılır.
  • Məcmu/ xalis əsasda uçot qaydaları: maşın, mebel və cihazların-bütün satıla bilən malların alınmasına dair çəkilər xalis satış üzrə ölçülür.

IV. Məlumatların əsas mənbələrinin xarakteri

  • Çəkilərin mənbəyi: Ev təsərrüfatlarının istehlak xərcləri üzrə müayinəsi əsasında həyata keçirilir.
  • İstifadə olunan çəkilərin dövrü: indekslər üçün çəkilər hər aprel ayında yeniləşdirilir.
  • Çəkilərin yeniləşmə tezliyi: ildə bir dəfə. çəkilər 2010-cu ildə yeniləşdirildi.
  • Mövqe seçimi: Mövqe böyük ehtiyac və müəssisələrdə müntəzəm satışın əsasında seçilir.
  • Ticarət nöqtələrinin seçimi: 9000 ticarət nöqtəsi DSK Ticarət və turizm statistikası şöbəsinin müayinələrində müşahidə olunmuş satışın həcmləri ilə əhatə olunur. Ticarət və xidmət sahəsində adı çəkilən müəssisələr vergi müfəttişlərindən, əmlak komitələrindən və başqa hökumət agentliklərindən əldə edilmiş məlumatlardan istifadə etməklə seçilir. Ümumiyyətlə müayinə üçün seçilmiş müəssisələr istehlak mallarında müntəzəm ticarətlə məşğul olurlar.
  • Nümunənin ölçüsü: Qiymətlər 565 müxtəlif məhsullar üçün toplanılır. Nümunə ölkənin rayonları ilə bağlı ixrac qiymətlərinə əsaslanır.
  • Qiymət məlumatlarının yığılması metodları: Qiymət məlumatları sənəd toplusu formalarından istifadə edən qeydiyyatçılar tərəfindən toplanılır. Təqribən 130000 qiymət təyinetmələri hər ay 54 İQİ rayonlarında toplanılır. Qiymət məlumatları əmtəələrin müntəzəm olaraq satıldığı yerlərdən o cümlədən geniş dükanlar, kiosklar, univermaq və küçə ticarətlərindən toplanılır. Qeydə alınmış qiymətlərə ƏDV, aksiz vergiləri və digər vergilər daxildir. Qiymətlərin üçdə ikisi şəhər mərkəzlərində hər mövqe üçün qeydə alınır, dörddə üçü isə şəhərdən kənarda qeydə alınır. Qiymət müşahidələri təqribən 9000 ticarət obyektində, o cümlədən də 3000-i paytaxtda olmaqla aparılır. ən böyük qiymət təyinetmələri(8-10) ərzaq məhsulları üçün, ən az nömrədə isə alt qrup elementləri olan icarə,su,istilik, elektrik üçün toplanılır.

V. Göstəricilərin tərtib edilməsi təcrübəsi

  • Aşağı səviyyəli indekslərin hesablanması: Adi səviyyəli indekslər müşahidə olunmuş əmtəə qiymətlərinin orta riyazi əmsalından istifadə etməklə hesablanır
  • Aqreqatlaşdırma düsturu: İndeksin hesablanması üçün modifikasiya edilmiş Laspeyres düsturundan istifadə olunur.
  • Xərclərin tarazlaşdırılması və baza dövrü: Çəkilər ildə bir dəfə yeniləşdirilir və heç bir nizamlanma aparılmır.
  • Yeniləşdirilmiş indekslərlə köhnə indekslərin əlaqələndirilməsi: Çəkilərin illik olaraq dəyişilməsi indekslərin hesablanmasına və onların fasiləsizliyinə heç bir təsir etməməlidir. Bunun üçün indekslər arasında əlaqələr (dekabr və yanvar) yaradılır.
  • Bazis dövrü: 2005 ci il=100

VI. Digər aspektlər

  • Olmayan qiymətlərin uçotu: Müvəqqəti olaraq olmayan qiymətlər orta riyazi yanaşmadan istifadə etməklə qeydə alınır. Altqruplarda digər oxşar mövqelərin orta qiymət dəyişikliyindən istifadə etməklə olmayan qiymətlərin qiymətləndirilməsi və məhsul yenidən ortaya çıxanda hesablama əməliyyatı müşahidə qiymətinə keçir. Sadalanan bütün vacib əvəzetmələr ildə bir dəfə daxil edilir. Əmtəə təsnifatının geniş miqyası qiymət dəyişikliyinin düzgün ölçüsünü təmin edir.
  • Əvəzetmə üçün mövqelərin seçilməsi: Mövcud modifikasiya həmişəlik satışdan çıxarılanda əvəzləmə üçün yeni modifikasiya seçilir. Yeni əməliyyatın qiyməti köhnə əməliyyatın qiyməti ilə birbaşa uyğun gəlmədiyi üçün yeni əməliyyatın köhnə əməliyyatın mövcud olduğu dövrə aid qiymətini əldə etmək lazımdır. Yeni mövqelər üçün qiymət mövqelərin təqdim olunduğu vaxtdan 2 ay əvvəl qeydə alınır.
  • Yeni məhsulların təqdimatı: İstehlakçı səbəti təshih ediləndə yeni məhsullar təqdim olunur.
  • Daimi olaraq əldə olunmayan məhsullar əvəz olunur: 2005-ci ildə yeni səbət təqdim olunub.
  • Mövsümi məhsullar: Ümumiyyətlə mövsümilik Azərbaycan üçün xarakterik hal deyil, demək olar ki,il boyu bütün məhsullar münasib ola bilər,amma vaxtın müəyyən müddətində münasib olmayan bəzi məhsullar var ki, qiymətləndirmə halı qrup üçün qiymətlərdəki dəyişiklikdən o cümlədən də verilmiş məhsullardan asılı olmaqla istifadə olunur.
  • Şəxsi evlər: Şəxsi evlərin icarə haqları 2005-ci il yanvar ayından bəri daxil edilir.
  • Qiymətlərin yoxlanılması: əvvəlki aylar üzrə qiymətlər aylıq qiymət toplusu formasına daxil edilir, hansı ki, qiymət dəyişikliklərinə nəzarət etməyə imkan yaradır. Qiymətlərin qeydə alınması rüblük əsasda saytda da yoxlanılır.
  • Məlumatların işlənməsinin yoxlanılması: Yoxlanma aylıq yerinə yetirilir. Rayonlardan və şəhərlərdən alınmış məlumatların yoxlanılması 2001EBM seçməsinin potensialını 8.800-dən 7.800-ə qədər azaldan cavablandırma halları istifadə olunmamışdır.
  • Mövsümi amillərin nəzərə alınması: hesablama zamanı mövsümlülük amili nəzərə alınır hesablamalar aparılır.

  • Şərti işarələr:
  • Son postalanan: BVF heyəti tərəfindən DSBB –yə dair bu metadatalara edilən son yeniləşmənin tarixi
  • Son təsdiqlənən: abunəçilərin bu metadataların son dəfə dəqiqliyini rəsmi cəhətdən təsdiq etmə tarixi
  • Son yeniləşən: abunəçinin BVF-a bu metadataların yeniləşməsini axırıncı dəfə yoxlaması tarixi
kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim