home envelope sitemap
logo
image

Statistika Komitəsinin bir qrup əməkdaşı Sloveniyada təlimə qatılıb

2017-09-21

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bir qrup əməkdaşı “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” tvinninq layihəsi çərçivəsində Sloveniya Respublikasının Statistika İdarəsində statistikada keyfiyyətin idarə edilməsinə həsr edilən təlimdə iştirak edirlər. Təlimin əsas məqsədi Statistik Biznes-Prosesin Ümumi Modeli (GSBPM) və Statistika Təşkilatları üçün Ümumi Fəaliyyət Modelinin (GAMSO) tətbiqi, həmçinin statistikada çalışan əməkdaşların işə sərf etdiklərin vaxtın qeydiyyatının aparılması sahəsində Sloveniya Statistika İdarəsinin iş təcrübəsinin öyrənilməsidir. Sloveniya Statistika İdarəsinin Lyublyana şəhərində yerləşən inzibati binasında 3 gün (19-21 sentyabr) davam edəcək təlimdə həmçinin, keyfiyyətin təmin olunmasına dair qaydalar toplusu və digər məsələlər də müzakirə ediləcək.

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim