home envelope sitemap
logo

2017-ci ilin yanvar-avqust aylarında sənaye istehsalı haqqında

2017-09-18

2017-ci ilin yanvar-avqust aylarında ölkədə 24,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,3 faiz artmış, neft sektorunda isə 7,7 faiz azalmışdır.

Sənaye məhsulunun 69,7 faizi mədənçıxarma sektorunda, 24,9 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 9,3 faiz, əmtəəlik qaz hasilatı isə 4,1 faiz azalmışdır.

Emal sektorunda qida məhsullarının istehsalı 1,1 faiz, içkilərin istehsalı 28,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 82,1 faiz, geyim istehsalı 43,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 75,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 22,2 faiz, əczaçılıq məhsullarının istehsalı 2,0 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 75,0 faiz, tikinti materiallarının istehsalı 32,6 faiz, kompüter və elektron məhsulların istehsalı 42,9 faiz, elektrik avadanlıqlarının istehsalı 63,8 faiz, maşın və avadanlıqların istehsalı 32,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 23,7 faiz, mebel istehsalı 20,2 faiz artmış, tütün məmulatlarının istehsalı 15,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 34,8 faiz, kağız və karton istehsalı 0,3 faiz, poliqrafiya məhsullarının istehsalı 46,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,5 faiz,  hazır metal məmulatlarının istehsalı 31,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 45,9 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,1 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,0 faiz azalmışdır.

Əlaqə telefonu: 539-87-17

 

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim