home envelope sitemap
logo

2017-ci ilin yanvar-iyul aylarında Ümumi Daxili Məhsul istehsalı

2017-08-15

2017-ci ilin yanvar-iyul aylarında ölkədə 37645,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz az ümumi daxili məhsul istehsal edilmişdir.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın neft bölməsində istehsal olunmuş əlavə dəyər 6,9 faiz azalmış, qeyri-neft bölməsində isə 2,2 faiz artmışdır.

Ümumi daxili məhsulun 41,1 faizi sənayedə, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,9 faizi tikintidə, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 15,6 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,1 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 3875,6 manata bərabər olmuşdur.

Əlaqə telefonu: 538-74-50

      

 

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim