home envelope sitemap
logo

2017-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında

2017-08-14

2017-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25650,8 min ton, yük dövriyyəsi isə 5385,6   milyon ton-km olmuşdur.  Yüklərin 15512,7 min tonu və ya 60,5 faizi avtomobil nəqliyyatı, 6614,0 min tonu və ya 25,8 faizi dəmir yolu nəqliyyatı, 3524,1 min tonu və ya 13,7 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 7,4 faiz artım müşahidə edilmişdir.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,6 faizini və ya 5037,3 min tonunu tranzit yüklər təşkil etmişdir.

Əlaqə telefonu:  538-93-98

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim