home envelope sitemap
logo

2017-ci ilin yanvar-iyul aylarında sənaye istehsalı haqqında

2017-08-10

2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,6 faiz artmış, neft sektorunda isə 7,1 faiz azalmışdır.

Sənaye məhsulunun 70,0 faizi mədənçıxarma sektorunda, 24,8 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 8,9 faiz, əmtəəlik qaz hasilatı isə 1,3 faiz azalmışdır.

Emal sektorunda qida məhsullarının istehsalı 2,3 faiz, içkilərin istehsalı 30,0 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 98,5 faiz, geyim istehsalı 49,0 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 83,3 faiz, kağız və karton istehsalı 0,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,3 faiz, əczaçılıq məhsullarının istehsalı 2,2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 57,3 faiz, tikinti materiallarının istehsalı 38,3 faiz, kompüter və elektron məhsulların istehsalı 57,6 faiz, elektrik avadanlıqlarının istehsalı 69,0 faiz, maşın və avadanlıqların istehsalı 19,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 19,3 faiz, mebel istehsalı 26,1 faiz artmış, tütün məmulatlarının istehsalı 23,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 38,3 faiz, poliqrafiya məhsullarının istehsalı 43,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,4 faiz, hazır metal məmulatlarının istehsalı 30,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 52,0 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,6 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,1 faiz azalmışdır.

 

Tel. 539-87-17

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim