home envelope sitemap
logo
2017-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1527,7 min nəfər olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21,8 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir 2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 19,0 milyard manata bərabər olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25650,8 min ton, yük dövriyyəsi isə 5385,6 milyon ton-km olmuşdur. 2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8728,8 milyon manat vəsait yönəldilmişdir. İlin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə 9843031 nəfərə çatmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz bahalaşmışdır 2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7138,6 milyon manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilmişdir. 2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2017-ci ilin birinci yarısında ölkədə 31310,6 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.

Xarici ticarət əlaqələri haqqında

2017-08-08

 

                 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 98 ölkəyə məhsul ixrac olunmuş, 166 ölkədən idxal olunmuşdur.

              Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 10692,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 7283,1 milyon dollar, idxalın dəyəri 3409,7 milyon dollar təşkil etmiş, nəticədə 3873,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,8 faiz artmış, real ifadədə isə 16,4 faiz, o cümlədən ixrac 8,6 faiz, idxal 28,6 faiz azalmışdır.

              Ticarət dövriyyəsinin 39,0 faizi Avropa İttifaqı ölkələri, 13,6 faizi MDB üzvü dövlətləri, 47,4 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.

              İxracın dəyərinin 23,1 faizi İtaliyaya, 11,7 faizi Türkiyəyə, 6,5 faizi Çinə, 5,5 faizi Rusiyaya, 5,0 faizi Portuqaliyaya, 4,5 faizi Gürcüstana, 4,0 faizi İsrailə, 3,8 faizi Kanadaya, 3,7 faizi Almaniyaya, 3,3 faizi Hindistana, hər biri 3,2 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Çexiyaya, qalan 22,5 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.

              İdxal olunmuş məhsulların dəyərinin 19,4 faizi Rusiyanın, 16,8 faizi Türkiyənin, 9,8 faizi Çinin, 5,0 faizi Almaniyanın, 4,7 faizi Ukraynanın, 4,4 faizi ABŞ-ın, 4,0 faizi İtaliyanın, 3,7 faizi İranın, 3,3 faizi Birləşmiş Krallığın, 1,9 faizi Fransanın, hər biri 1,8 faiz olmaqla Qazaxıstan və Belarusun, 23,4 faizi isə digər ölkələrin payına düşmüşdür.

2017-ci ilin yanvar-iyun aylarında 737,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 26,8 faiz, real ifadədə isə 24,3 faiz çoxdur.

  2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 73,1 faiz, təzə meyvə – 34,3 faiz, kartof – 50,6 faiz, tütün – 36,9 faiz, çay – 44,3 faiz, meyvə və tərəvəz şirələri – 91,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 21,5 faiz, polietilen – 1,9 faiz, pambıq lifi – 5,7 dəfə, qara metallardan borular – 0,1 faiz, bentonit gili – 3,9 dəfə artmış, şəkər ixracı isə 21,5 faiz, bitki yağları – 3,7 faiz, meyvə və tərəvəz konservləri – 4,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 15,7 faiz, emal olunmamış alüminium – 32,3 faiz, qara metallardan yarımfabrikatlar – 50,5 faiz, pambıq ipliyi – 34,6 faiz azalmışdır.

2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında xam şəkər və şəkər idxalı 13,5 faiz, təzə meyvə – 10,9 faiz, quş əti və onun əlavə məhsulları – 2,0 dəfə, mal əti – 2,3 dəfə, minik avtomobilləri – 33,7 faiz, hesablama maşınları, blok və qurğuları – 86,0 faiz, qara metallardan çubuqlar – 15,9 faiz, rezin şinlər –50,5 faiz, mineral gübrələr – 4,1 dəfə, qara metallardan künclüklər ­– 36,6 faiz, məişət kondisionerləri – 13,8 faiz, paltaryuyan maşınlar – 96,5 faiz, yük avtomobilləri – 65,1 faiz, avtobuslar – 23,1 faiz artmış, buğda idxalı isə 35,2 faiz, bitki yağları – 36,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 0,4 faiz, kartof – 5,7 faiz, çay – 2,1 faiz, təzə tərəvəz – 46,4 faiz, polad prokatı – 1,4 faiz, qara metallardan borular – 66,5 faiz, mebel – 10,1 faiz, polietilen – 28,2 faiz, sement və sement klinkerləri – 93,6 faiz, məişət soyuducuları – 37,5 faiz azalmışdır.

 

 

əlaqə telefonu: 538-77-25

 

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim