home envelope sitemap
logo

Narkotik vasitələrlə bağlı cinayətlər haqqında

2017-08-07

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2017-ci ilin yanvar-iyun aylarında qeydə alınmış 13182 cinayət hadisəsinin 1694-ü və ya 12,9 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuş, onların da 63,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, 28,2 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri hazırlama, istehsal və emal etmə, daşıma, göndərmə və satma, 6,1 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,8 faizini  güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər təşkil etmişdir.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 1302 nəfərin 89,6 faizini heç yerdə işləməyən və oxumayanlar, 39,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər təşkil etmişdir. Cinayət törətmiş şəxslərin     0,2 faizi yetkinlik yaşına çatmayanlar, 8,6 faizi 18-24 yaşlı, 13,9 faizi 25-29 yaşlı gənclər,     77,3 faizi isə 30 və yuxarı yaşlı şəxslər olmuşdur.

2017-ci ilin yanvar-iyun aylarında müsadirə edilmiş 639,2 kiloqram narkotik maddələrin 55,2 kiloqramını heroin, 426,9 kiloqramını marixuana, 119,5 kiloqramını tiryək, 2,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 35,1 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil etmişdir.

Tel: 538-90-32

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim