home envelope sitemap
logo
İlin əvvəlindən ölkə əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il iyun ayının 1-i vəziyyətinə 9843031 nəfərə çatmışdır. 2017-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1525,2 min nəfər olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz bahalaşmışdır 2017-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz bahalaşmışdır. 2017-ci ilin yanvar-iyun aylarında ölkə sənayesində 18,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz az sənaye məhsulu istehsal edilmişdir 2017-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 16,2 milyard manata bərabər olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7138,6 milyon manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilmişdir. 2017-ci ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2017-ci ilin birinci yarısında ölkədə 31310,6 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.
image

Beynəlxalq Əmək Təşkilatında əmək statistiklərinin  regional tədbiri keçirilir

2017-06-22

 

20-23 iyun tarixlərində Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı İsveçrənin Cenevrə şəhərində əmək statistiklərinin 20-ci beynəlxalq konfransına hazırlıq məqsədilə ilə regional tədbiri və məşğulluq statusuna dair yenidən işlənib hazırlanan beynəlxalq təsnifatla bağlı ekspertlərin texniki iclası keçirilir. Tədbirlərə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdiri, Beynəlxalq Əmək Təşkilatı İşçi qrupunun üzvü Nemət Xuduzadə qatılıb.

Tədbirlərdə ABŞ, İsrail, Rusiya, Moldova və Aİ-na üzv ölkələrin milli statistika qurumlarının və 3 beynəlxalq təşkilatın (Beynəlxalq Əmək Təşkilatı, Qloballaşan İqtisadiyyatın Qeyri-formal sektorunda Qadınlar (WIEGO), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)) mütəxəssisləri iştirak edirlər.

İclasın əsas məqsədi Avropa və digər region ölkələrin mütəxəssisləri ilə əmək, məşğulluq və işçi qüvvəsindən tam istifadə olunmaması ilə bağlı əmək statistiklərinin 19-cu Beynəlxalq Konfransı tərəfindən qəbul edilmiş qətnamədən irəli gələn yeni standartlar əsasında 1993-cü ildə qəbul edilmiş Məşğulluq statusuna dair beynəlxalq təsnifatın təkmilləşdirilməsi istiqamətində aparılan müzakirələrin davam etdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılmasıdır.

 

22.06.2017

 

kişisel blog online web dersleri
un_data statistikanin_saheleri xarici-dovlet-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim